Azərbaycanın BMT yanında Nümayəndəliyi Quterreşə etiraz məktubu ünvanlayıb

2019/08/125d4-1565357578.jpg
Oxunub: 466     16:13     22 Avqust 2019    
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı KİV-də dərc olunan məlumata münasibət bildirib.

XİN-in mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb: “Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu, heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir.

Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycanın BMT yanında Nümayəndəliyi Quterreşə etiraz məktubu ünvanlayıb

2019/08/125d4-1565357578.jpg
Oxunub: 467     16:13     22 Avqust 2019    