Məhkum zabitdən Paşinyana açıq məktub: Ermənistan ordusunun qaranlıq məqamları

2019/08/ppppp-1566473997.jpg
Oxunub: 722     20:37     22 Avqust 2019    
Boynuna pedofil damğası vurulan erməni zabit 10 il müddətinə həbs olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vartaşen cəzaçəkmə müəssisəsində saxlanılan məhkum zabit, Edqar Stepanyan Ermənistanın Baş naziri Paşinyana ünvanladığı açıq məktubunda ədalət məhkəməsinin qurbanlarından biri olaraq müraicət edib.

O bildirir ki, ali hərbi təhsilə malik zabitdir. Bəzi insanların böhtan atması nəticəsində ən iyrənc pedofiliya maddəsi ilə ittiham olunaraq həbs edilib. Dəfələrlə özünə qəsd etməyə çalışsa da, günahsız olduğuna əminliyi ona bu addımı atmağa imkan verməyib. Edqar Stepanyan məktubunda qeyd edir ki, 2019-cu ilin 23 avqust tarixində həbs olduğu müddətin 6 ili tamam olur.

O, 2013-cü ilin avqust ayını 23-də cinayət məcəlləsinin müvafiq maddələri üzrə ittiham edildiyini deyir və müstəntiqin tərtib etdiyi cinayət materiallarının saxta olduğunu vurğulayır. İstintaq şöbəsində Samvel Hovhanisyan adlı müstəntiq çoxsaylı səhvlərlə qərəzli şəkildə material toplayıb. Keçmiş zabitə onun hüquqlarını müdafiə edən vəkil Arşak Harutyunyanın müstəntiq Samvel Hovhanisyanın yaxın dostu olduğu məlum olub. İlkin istansiya məhkəməsində məhkəmə prosesinin 3 il 7 ay davam edib. Zərərçəkən uşağın valideynləri məhkəmə prosesində iştirak etməyib. O ifadə edib ki, bu məhkəmə prosesinin ən maraqlı məqamlarından biri ondan ibarətdir ki, zərərçəkənin ailəsi illərlə səfirliyə müraciət edərək, ABŞ-da daimi yaşamağa çalışsalar da, buna nail ola bilməyib.

Lakin məhkəmə prosesi başa çatmamış zərərçəkənin ailəsi qəflətən daimi yaşayış üçün ABŞ-a gedib. Zərərçəkən tərəf ABŞ-a yola düşdükdən sonra məhkəmə hakimi guya zabitin valideynləri tərəfindən zərərçəkənin təhdid edilməsi haqqında məktub təqdim edib. Məktubda nə ünvan göstərilib, nə də imza atılıb. Bununla da məktubun saxtakarlığı ortaya çıxır. Keçmiş erməni zabit tələb edir ki, bütün böhtanlar qurmadır və öz məqsədlərinə nail olmaq üçün uşaqdan istifadə edilib. O, kiçik bir uşağın izahatı əsasında 10 il müddətində azadlıqdan məhrum edildiyini bildirir. Eyni zamanda izahat verən uşağın heç 4 yaşının da tamam olmadığı qeyd olunur. Uşağın ifadəsində bildirdiyi, Aida Nikoğosyan adlı şəxslə oynaması da, aparılan istintaq zamanı öz sübutunu tapmayıb. Keçmiş zabit müstəntiq Samvel Hovhannisyanın ilkin istintaq dövründə 59 həlledici səhvə yol verdiyini söyləyir. Ermənistan ordusunun keçmiş zabiti Paşinyana müraciət edərək, günahsız olduğunu sübut etmək üçün ədliyyə orqanlarına təlimat verməsini xahiş edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Məhkum zabitdən Paşinyana açıq məktub: Ermənistan ordusunun qaranlıq məqamları

2019/08/ppppp-1566473997.jpg
Oxunub: 723     20:37     22 Avqust 2019    