ABŞ təcili olaraq hərbi büdcəsini artırmalıdır - HESABAT

2019/08/4-for-1566388943.jpg
Oxunub: 619     17:50     21 Avqust 2019    
Avstraliyadakı Sidney Universitetinə bağlı ABŞ Araşdırmalar Mərkəzinin ekspertləri Çin və ABŞ arasındakı gərginliklə bağlı hesabat yayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabatda ABŞ-ın Çinin güclənməsi qarşısında duracaq gücünün olmadığı qeyd olunur.

"ABŞ Sakit okeanın qərb sahillərindəki üstünlüklərini əldən verib. Burada artıq güc Çinin əlindədir", - deyə hesabatda diqqətə çatdırılır.

Bildirilib ki, ABŞ təcili olaraq hərbi büdcəsini və gücünü artırmalıdır.

"Çin Xalq Qurtuluş Ordusu bölgəyə təxminən 1500 qısa mənzilli, 450 orta mənzilli və 100 ədəd qurudan idarə olunan uzun mənzilli raketlər yerləşdirib. Bu çox dəhşətli haldır", - deyə hesabatda vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin   Hərbi-güc  

ABŞ təcili olaraq hərbi büdcəsini artırmalıdır - HESABAT

2019/08/4-for-1566388943.jpg
Oxunub: 620     17:50     21 Avqust 2019    