Oqanovskinin həbsi bomba partlayışı təsiri bağışlaya bilər: Paşinyan buna hazırdırmı?

2019/08/Samve-1566034143.jpg
Oxunub: 604     17:17     19 Avqust 2019    
“Aydındır ki, yarımüharibə vəziyyətində olan ölkədə Oqanovskinin həbs edilməsinin Ermənistanda və Qarabağda böyük hay-küyə səbəb olacağı, dərin, geri dönüşü olmayan proseslərin başlanğıcını qoya biləcəyini hakimiyyət dərk edir. Bəs niyə bu yolla getməyə çalışırlar?”.

Ordu.az xəbər verir ki, artıq Ermənistanın “168.am” nəşri Paşinyan hakimiyyəti tərəfindən Oqanovski ləqəbi ilə tanınan general-mayor Samvel Karapetyanın həbs edilməsi barədə siyasi qərarın qəbul edildiyinə dair məlumat yayıb.

Nəşrə görə, Ermənistan hakimiyyəti Oqanovskiyə qarşı ifadə verəcək insanlar tapmayınca onu həbs edə bilməyəcək.

“2008-ci il “1 Mart” hadisələrində nümayişçilərə atəş edənlərin, Qarabağdan gətirilən qüvvələrin və “Bağramyan 26”dakı prezident iqamətgahında yerləşdirilən, general-mayor Karapetyanın rəhbərlik etdiyi 20 nəfərlik dəstənin olduğu barədə BBC-nin rus xidmətinin yaydığı məlumat və həmin agentliyin efirində məqalənin müəllifi Qriqor Atanesyanın öz məqaləsində olan iddiaları əslində inkar edən və Xüsusi İstintaq Komitəsinə istinad etdikdən sonra daxili siyasi dairələrdə yayılan məlumatlara görə, hakimiyyət Oqanovskiyə qarşı ifadə verəcək insanlar axtarır.

Hazırda, faktiki olaraq artıq bu siyasi qərar qəbul edilib. Lakin bu qərarın hansı əsasla, niyə indi qəbul edildiyi hələ məlum deyil. İstənilən halda əgər məlumat həqiqətə çevrilərsə, bunun siyasi və mənəvi nəticələrinin nə olacağını təsəvvür etmək çətindir. Döyüş generalının həbs edilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq”.

Nəşr qeyd edir ki, Paşinyan tez bir zaman ərzində fərarilik etmiş erməni hərbi qulluqçunu geri qaytarmasa, onun nüfuzu daha da düşəcək və ona hörmət edən bir nəfər belə qalmayacaq.

“Yeri gəlmişkən, maraqlıdır, əsgərin qısa vaxt ərzində geri qaytarılması üçün Baş nazir prezident İlham Əliyevlə birbaşa əlaqədən istifadə edəcəkmi? Daha öncə, əməkdaşımız Baş nazirin sözçüsü Vladimir Karapetyana sual ünvalayaraq, “erməni əsgərin geri qaytarılması üçün Paşinyan, İlham Əliyevlə mövcud birbaşa əlaqənin imkanlarından istifadə edibmi, yaxud edəcəkmi?”, deyə soruşub.

“Ermənistan erməni əsgərin mümkün qədər tez geri qaytarılması üçün bütün mümkün olan imkanlardan istifadə edəcək”, deyə Karapetyan cavab vermişdi. “Birbaşa əlaqə istifadə ediləcəkmi?”, deyə dəqiqləşdirici suala isə Karapetyan belə cavab verib: “Mən artıq qeyd etdim, bütün variantlardan istifadə ediləcək”.

Aydındır ki, yarımüharibə vəziyyətində olan ölkədə Oqanovskinin həbs edilməsinin Ermənistanda və Qarabağda böyük hay-küyə səbəb olacağı, dərin, geri dönüşü olmayan proseslərin başlanğıcını qoya biləcəyini hakimiyyət dərk edir. Bəs niyə bu yolla getməyə çalışırlar?

Çoxları bunu Oqanovskiyə qarşı yox, sadəcə onun vasitəsilə Qarabağa, onun siyasi hakimiyyətinə (qondarma qurum-red.) və əslində Qarabağın gələcəyinə yönəlmiş addım kimi qəbul edəcək. Belə çıxır ki, müharibədə ölməyən “qəhrəmanlar”ın hamısını bu aqibət gözləyir. Artıq bu “qəhrəmanlar”ın sağlığında nüfuzdan salınmasının indiki hakimiyyətin iş üslubuna çevrildiyi faktdır. Hakimiyyətin bu addımla gənc əsgərlərə pis nümunə olduğunu dərk etməməsi qeyri-mümkündür.

Bu xəbərin həqiqətə çevrildiyi təqdirdə Ermənistanın siyasi hakimiyyətini ciddi sınaq gözləyir. Bu həbs onlara çox baha başa gələ bilər. Bunun altından hələ çıxa biləcəklərmi ya yox, bu sual olaraq qalır”, - deyə erməni nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Oqanovski   Paşinyan   1-Mart  

Oqanovskinin həbsi bomba partlayışı təsiri bağışlaya bilər: Paşinyan buna hazırdırmı?

2019/08/Samve-1566034143.jpg
Oxunub: 605     17:17     19 Avqust 2019    