“Rusiya Poğosyanı Ermənistana təhvil verməyəcək” - Prokurorluq

2019/08/timth-1566032351.jpg
Oxunub: 484     15:57     17 Avqust 2019    
Ermənistan dövlət aktlarının məcburi icrası komitəsinin sabiq rəisi, parlamentin sabiq deputatı, general Mihran Poğosyanın cinayət təqibinə görə İrəvana təhvil verilməsi barədə Ermənistan Baş Prokurorluğunun vəsadətinin təmin edilməsi mümkün hesab edilməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş Prokurorluğunun ictimai əlqaələr şöbəsinin rəisi Arevik Xaçatryan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş Prokurorluğunun müraciəti dəfələrlə rədd edilib.

“Rusiya Federasiyasının Baş Prokurorluğundan daxil olan məlumata əsasən, Mihran Poğosyanın cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Ermənistan Baş Prokurorluğunun müraciətinin təmin edilməsi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il Konvensiyasının 19-cu maddəsinin müddəaları nəzərə alınaraq mümkün hesab edilməyib. Lakin hələlik Baş Prokurorun Poğosyanın cinayət təqibi üçün təhvil verilməsi barədə vəsadətinin rədd edilməsi ilə bağlı konkret əsaslar barədə heç bir məlumat verilməyib. Yuxarıda göstərilənlərlə bağlı olaraq Ermənistan Baş Prokurorluğu Rusiya Baş Prokurorluğuna Poğosyanın ekstradisiyasından imtina etməsinin səbəbləri haqqında dəqiq məlumat verməyi təklif edib”, - deyə Xaçatryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Poğosyan   Rusiya  

“Rusiya Poğosyanı Ermənistana təhvil verməyəcək” - Prokurorluq

2019/08/timth-1566032351.jpg
Oxunub: 485     15:57     17 Avqust 2019    