Gümrüdə rus hərbi qulluqçu tərəfindən 57 yaşlı qadının qətli ilə bağlı istintaq işinin ilkin araşdırması başa çatıb

2019/01/45654-1546867037.jpg
Oxunub: 720     12:12     17 Avqust 2019    
Ermənistanın Gümrü şəhərində Culiyyeta Qukasyanın işi üzrə ilkin araşdırma başa çatıb, yaxın günlərdə prokurorluq ittiham rəyini Şirak məhkəməsinə göndərəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xatırladaq ki, 2018-ci il dekabrın 2-də Gümrünun “Slabodka” məhəlləsində döyülmə nəticəsində 57 yaşlı Culiyetta Qukasyan xəstəxanada ölüb. Aparılan geniş istintaq axtarış tədbirləri nəticəsində şübhəli şəxsin 1995-ci il təvəllüdlü, 102-ci hərbi bazanın müqaviləli hərbi qulluqçusu Andrey Razqildeyev olduğu müəyyən edilib.

Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci hissəsinin 14-cü bəndinə əsasən, cinayət işi başladıb. İstintaq materiallarına əsasən, rus hərbi qulluqçu spirtli içki təsiri altında olmaqla, dekabrın 2-də saat 07:00 radələrində 57 yaşlı Gümrü şəhər sakini Quqasyanı təqib edərək, sonda onu döyməklə ölümünə səbəb olub.

Əldə olunan kifayət qədər sübutlar əsasında 24 yaşlı rus hərbi qulluqçuya qarşı Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci hissəsinin 14-cü bəndinə əsasən ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq və cinayət işi tamamlanıb. İttiham rəyinin təsdiqlənməsi və məhkəməyə göndərilməsi üçün materiallar ibtidai istintaqın qanuniliyinə nəzarət edən prokurora göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gümrü   102-baza   Qətl  

Gümrüdə rus hərbi qulluqçu tərəfindən 57 yaşlı qadının qətli ilə bağlı istintaq işinin ilkin araşdırması başa çatıb

2019/01/45654-1546867037.jpg
Oxunub: 721     12:12     17 Avqust 2019    