Ordu.az xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Məlumata görə, atış uğurlu keçib. Agentlik sınağı həyata keçirilən silahın hansı növdən olması barədə məlumat verməyib.
Kim Çen In sınağın nəticələri barədə danışarkən bildirib ki, yeni silahın işlənilməsi və müdafiə texnologiyalarının yaradılması respublikanın suverenliyinin vacib təminatçısıdır.
Bildirilir ki, sınaq atışı Kanvondo əyalətində icra olunub. Sınaq zamanı iki yaxınmənzilli ballistik raket atılıb. Onlar Yapon dənizinə doğru 230 km uçub, uçuşun yüksəkliyi isə 30 km olub.
Qeyd edək ki, bu, son üç həftə ərzində Pxenyanın həyata keçirdiyi 6-cı, il ərzində isə 8-ci sınaq atışıdır.
Sevinc Əliyeva
Ordu.az