DSX-nin Aparat rəhbəri: "Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub"

2019/08/215d5-1565956276.jpg
Oxunub: 2324     15:32     16 Avqust 2019    
"Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil edilib. Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

Onu sözlərinə görə, hazırda Ermənistan- Azərbaycan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində DSX tərəfindən xidmət təşkil olunur. Bunun böyük başlanğıc olduğunu deyən Aparat rəhbəri prosesin davam edəcəyini bildirib.

"Bu, Azərbaycan Ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərardır. Ötən 9 ay ərzində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib".

E.İbrahimov qeyd edib ki, Ermənistan silahlı bölmələri müxtəlif təxribatlarla Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyib:

"Bizim tərəfimizdən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün val yollarının çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə 2 hərbi qulluqçumuz yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri tədbirlər nəticəsində onlar xilas edilib və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   100-il  

DSX-nin Aparat rəhbəri: "Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub"

2019/08/215d5-1565956276.jpg
Oxunub: 2325     15:32     16 Avqust 2019    