Paşinyan “putinyönlü” siyasət aparır? – Erməni ekspertdən etiraflar

2019/08/16478-1565945131.jpg
Oxunub: 1683     16:44     17 Avqust 2019    
“Baş nazirin “putinyönlü” siyasət apardığına baxmayaraq, hesab edirəm ki, sabah elə bir məmur təyin edilə bilər ki, həmin şəxs Rusiyaya səfər edə və müsahibəsində Rusiyanın demokratik ölkə olmadığını deyə bilər. Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var. Xüsusilə, bu, ikinci prezident Robert Köçəryan problemidir və bunu gizlətmək mümkün deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Sputnik Armenia” agentliyinə verdiyi müsahibəsində siyasi texnoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, bu faktdır ki, qeyd edilən amil, yəni Köçəryanın həbsi erməni-rus münasibətlərində öz izlərini qoyub.

“Qarşılıqlı münasibətdə ikinci problem Ermənistan hakimiyyətinin rus xadimlərə qarşı apardığı anlaşılmaz siyasətidir. Doğrudur, Ermənistan hakimiyyəti Suriyaya qoşun göndərir, Gürcüstanda baş tutan təlimlərdə iştirak etmir. AİƏT-in sıx müdafiəçisinə çevrilib. Lakin bütün bunlar Ermənistan və Rusiya hakimiyyətləri arasında mövcuddur”, - deyə Badalyan bildirib.

O qeyd edir ki, ilk vaxtlarda inqilab yolu ilə hakimiyyətə gəlmə dövrünü hakim məqam hesab etmək olardısa, hadisələrdən 1 il sonra, əlbəttə, bu anlayış artıq mövcud deyil: “Anlaşılmazlıq onunla izah olunur ki, bugünkü hakimiyyət Ermənistanın uzunmüddətli inkişaf vektorları konsepsiyasına malik deyil, sanki gündəlik həyatla yaşayan hakimiyyətdir. Bu hakimiyyət bu gün bir şey, xüsusilə bu Baş nazirə aiddir, sabah isə başqa bir şey deyə bilər. Ermənistan Baş naziri Rusiya rəhbərliyinin xoşuna gəlməsi üçün hər şey edir və heç bir problemin olmadığı formasını yaratmağa çalışır, yaxud özü qeyd etdiyi kimi “parlaq münasibətlər var” təəssüratını yaradır. Əsas məsələ ikinci prezident amili və Ermənistan hakimiyyətindəki Rusiya əleyhinə fəaliyyət göstərən bəzi xadimlərin olmasıdır. Əgər bu iki amil neytrallaşdırıla bilsə, indiki məqamda erməni-rus münasibətlərində heç bir problem olmaya bilərdi”.

Ermənistanın xarici siyasi vektorlarının dəyişmədiyi və Paşinyan hökumətinin indiki məqamda Rusiya əleyhinə addım atmadığı məsələsinə gəldikdə isə, Badalyan cavab verib ki, hazırda keçmişdə olan vəziyyətlə müqayisədə daha çox Rusiya meyilli xarici siyasət aparılır, lakin problem bunda deyil.

“Problem ondadır ki, məsələn, Ermənistan hakimiyyətinin özü anlaşılmazdır. Hakimiyyət institutisional yanaşmadan deyil, bir nəfərdən və onun qərarlarından asılıdır. Baş nazirin rus meyilli siyasət yürütməsinə baxmayaraq, ABŞ şəhərlərindən birinin rəhbərini sabah rəsmi məmur olaraq təyin edə bilər. Həmin məmur isə Rusiyaya səfər edərək, müsahibəsində Rusiyanın faktiki olaraq, qeyri-demokrat və diktator ölkə olduğunu deyə bilər. Yəni bütün dövlət aparatı, o cümlədən xarici siyasət bir nəfərin şıltaqlığından asılı olduğuna görə, bu, rus tərəfinin anlaşılmazlığına səbəb olur. Bununla yanaşı bölgənin təhlükəsizliyi baxımından Rusiya və Ermənistanın maraqları daha çox üst-üstə düşür, yoxsa ziddiyət təşkil edir? Məcburi şəkildə üst-üstə düşməlidir, ona görə ki, ziddiyət səbəbindən yalnız Ermənistan zərər çəkə bilər. Bu hər şeyin birtərəfli olması demək deyil.

Problem məhz bundadır, keçmişdə kompleks xarici siyasət həyata keçirmək imkanı olurdu və bu, Ermənistan-ABŞ, Ermənistan-Aİ, Ermənistan-İran münasibətləri hesabına olmayan erməni-rus maraqlarının üst-üstə düşməsini tamamlamaqla bütün təhlükəsizlik mənzərəsini zənginləşdirməyə imkan verirdi. Demək olar ki, aksiomatik bir şərti, təhlükəsizlik sisteminin birtərəfli, yaxud bir amillə bağlamaq olmaz. Rusiyanın Ermənistanın nə dərəcədə strateji tərəfdaşı olmasından asılı olmayaraq, buna yol vermək olmaz. Bu münasibəti digər amillərlə də tamamlamaq lazımdır. Çünki əgər bir ölkədən asılılığın varsa, asılı ölkəsən, yox əgər müxtəlif ölkələrdən asılılığın varsa, o zaman asılı ölkə deyilsən”, - deyə erməni siyasi texnoloq sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Rusiya   Paşinyan   Böhran  

Paşinyan “putinyönlü” siyasət aparır? – Erməni ekspertdən etiraflar

2019/08/16478-1565945131.jpg
Oxunub: 1684     16:44     17 Avqust 2019    