Qarabağa yardımın azaldılması Ermənistanın Suriyadakı iştirakına birbaşa cavabdır

2019/05/01-40-3115142556.jpg
Oxunub: 727     17:57     16 Avqust 2019    
“Ermənistan hakimiyyəti tərəfindən vurğulanır ki, Suriyaya hərbi qoşun göndərilməsi ikitərəfli münasibətlərə təsir edə bilməz və ABŞ tərəfindən müsbət anlayış göstərilir. Lakin ABŞ tərəfi ifadə edir ki, sizin qərarı diqqətə alaraq, bundan irəli gələn bütün nəticələrə görə özümüz qərar verməklə, aparılan siyasətə yenidən baxacağıq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Araşdırmaları erməni Mərkəzinin rəhbəri Suren Sarkisyan deyib.

Sentyabr ayında Nikol Paşinyanın ABŞ-a səfəri və bu səfərin əhəmiyyəti haqqında aylar öncə bəyanat verilməsi, bu səfərdən hansı gözləntilərin olmasına dair fikirlərini açıqlayan Sarkisyanın sözlərinə görə, əgər səfərin PR (təbliğat) tərkib hissəsi düzgün istifadə edilərsə, dünyada, öz ölkəsində minlərlə insanı mitinqə toplaya bilən bir ölkə rəhbərinin olduğunu Vaşinqtonun müxtəlif siyasi dairələri anlaya bilər, bu isə siyasi baxımdan Ermənistan üçün çox faydalı ola bilər.

“ABŞ prezidenti ilə Paşinyanın görüşünün baş tutacağı barədə Xarici İşlər Nazirliyi dəqiq məlumat verməsə də, ABŞ-la siyasi dialoq sahəsində yüksək səviyyədə əməkdaşlıq çatışmazlığı yoxdur. Bir il bundan əvvəl Ermənistan hakimiyyət orqanlarının söz açmasına baxmayaraq, Paşinyan-Tramp görüşü bu dəfə də baş tutmayacaq. Bu səfər icma səviyyəli səfər adlandırıla bilər. Kaliforniya ştatının rəhbərliyi ilə görüşün olacağı istisna edilmir. Eyni zamanda Kaliforniyanı təmsil edən senat və konqresmenlərlə də görüş baş tuta bilər. Vaşinqtona səfər, o cümlədən Paşinyan-Tramp görüşü nəzərdə tutulmayıb. Bu günə qədər nə keçmiş hakimiyyət, nə də indiki hakimiyyət nümayəndələrinin Tramp administrasiyasını təmsil edənlərlə yüksək səviyyədə görüşü olmayıb.

Belə bir vəziyyətin ABŞ-la ortaq gündəm olmayanadək davam edəcəyini düşünürəm. Bir sözlə minalanmış sahələrin minalardan təmizlənməsi məqsədi ilə Qarabağa (qondarma qurum-red.) ayrılan maliyyə yardımının dayandırılması məsələsinin müzakirə mövzusuna gəldikdə, Vaşinqton ekspertləri hesab edir ki, Qarabağa yardımın dayandırılması Ermənistanın Suriyada iştirakına birbaşa cavabdır. Bu fikirlə razıyam və cəmi bir iki aydan sonra 2020-ci il üzrə ABŞ-ın büdcəsinin qəbul ediləcəyi bir vaxtda Qarabağa ayrılacaq yardımın müzakirəsinin mümkün olacağını düşünəm. Bu yardımın dayandırılmasının qarşısını Ermənistan yox, yalnız erməni lobbisi ala bilər. Senatorlar və konqresmenlər məktubla USAID-ə müraciət edərək, istənilən halda Qarabağa yardımın dayandırılmamasını xahiş ediblər”, - deyə Sarkisyan bildirib.

Jurnlaistin, “ABŞ büdcəsi ilə bu yardım davam etməsə də USAID təşkilatının maliyyəsi hesabına aparıla bilərmi?” sualına Sarkisyan belə cavab verib: “Ümumiyyətlə büdcə layihəsində Qarabağa ayrılan yardım cümləsi çıxarılıb və məhz bu layihə müzakirəyə qoyulub”.

O qeyd edib ki, senator və konqresmenlərin, həmçinin bəzi bir neçə nüfuzlu şəxslərin administrasiyaya təzyiqinin nə dərəcədə effektiv olacağını demək çətindir: “İstənilən halda USAID müstəqil şəkildə yardım edilməsi haqqında qərar qəbul edə bilər. Təşkilat yekunda həmin cümləni büdcə layihəsinə artıra və konqresin təsdiqinə göndərə bilər. Ermənistan hakimiyyəti tərəfindən vurğulanır ki, Suriyaya hərbi qoşun göndərilməsi ikitərəfli münasibətlərə təsir edə bilməz və ABŞ tərəfindən müsbət anlayış göstərilir. Lakin ABŞ tərəfi ifadə edir ki, sizin qərarı diqqətə alaraq, bundan irəli gələn bütün nəticələrə görə özümüz qərar verməklə, aparılan siyasətə yenidən baxacağıq. Həmçinin iki erməni şirkəti İran və Rusiya ilə əməkdaşlıq etdiyinə görə sanksiyaya məruz qalıb. Bu şirkətlər sanksiyalara məruz qalmış rus və İran şirkətləri ilə əməkdaşlıq ediblər.

Bu, anti-Rusiya və anti-İran sanksiyalarının Ermənistana təsir etməyəcəyi iddialarına cavabdır. Həmişə qeyd etdiyim kimi, ikinci dərəcəli təyinatlı sanksiyalar Ermənistana da zərbə vurur. Artıq Ermənistanda sanksiyalara məruz qalan təşkilatların olduğunu unutmamaq lazımdır. Bu təşkilatlar “Mahan Air”, “Mellat Bank” təşkilatlarıdır”.

Sarkisyanın fikrincə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar birbaşa və ya bilavasitə mütləq Ermənistan iqtisadiyyatına zərbə vuracaq.

“Ermənistanın digər şirkətlərinin İran və Rusiya təşkilatları ilə əməkdaşlıq etdiklərinə görə sanksiyalara məruz qalacağı istisna olunmur. Təbii ki, bu məsələdə diqqətli olmaq lazımdır, çünki ABŞ hər hansı ölkəyə və ya hər hansı təşkilata qarşı istisna şamil etmir. ABŞ-İran və ya ABŞ-Rusiya münasibətlərində hər hansı müsbət niyyət nəzərə çarpmır. Yaxın 10-15 il ərzində Rusiya-ABŞ münasibətlərinin normal axarına qayıdacağını düşünmürəm. Çünki qəbul edilən hüquqi aktlar və bunların əsasında tətbiq edilən sanksiyalar konqres tərəfindən qəbul edilib və bunları dəyişmək çox çətin olacaq. Belə bir nümunə olaraq SSRİ vaxtında Cekson-Venik sanksiyalar qanunvericiliyinin qəbul edildiyini və 20 il qüvədə qaldığını xatırlada bilərəm. Ona görə də Rusiya-ABŞ münasibətlərinin yaxın gələcəkdə normallaşmasını gözləməyə dəyməz. Eyni şey İran-ABŞ münasibətlərinə də aiddir. Ola bilər onlar danışıqlar masası ətrafında otursunlar, hansısa məsələlər ətrafında razılığa gəlsinlər, lakin onlar əks qüvvələr olmaqda davam edəcəklər. Çünki dünyanın müxtəlif bucaqlarında bu ölkələrin maraqları nəinki üst-üstə düşür, hətta əksinə bir-birinə qarşı ziddiyət təşkil edir”, - deyə Sarkisyan sözlərini bitirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ABŞ   Qarabağ   Sanksiya  

Qarabağa yardımın azaldılması Ermənistanın Suriyadakı iştirakına birbaşa cavabdır

2019/05/01-40-3115142556.jpg
Oxunub: 728     17:57     16 Avqust 2019    