Erməni hərbi ekspert: “Azərbaycan tərəfi dəqiq müharibəyə hazırlaşma prosesindədir”

2019/08/15610-1565943603.jpg
Oxunub: 1134     16:11     16 Avqust 2019    
“Keçirilən təlimlərin mövzuları arasında aşağı nöqtədən dağlıq şəraitdə artilleriya atəşinin aparılması kimi elementlərin olmasını qeyd etməklə, Azərbaycanın dağlıq əraziyə malik qonşu ölkəsinin kim olduğunu, izah etməyə ehtiyac duymur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Ermənistan İnqilab İttifaqının (Daşnaksütun) üzvü Artur Yeğiazaryan deyib.

Onun sözlərinə görə, iyul ayının 27-28 tarixlərində təmas xəttində erməni tərəfinin 1 ölü, 2 yaralı olmaqla itki verməsi, ötən gün isə daha 1 hərbi qulluqçunun yaralanması ilə bağlı hadisə gərginliyin artması deməkdir.

“Bu gərginliyin nə ilə əlaqədar olduğunu birmənalı şəkildə demək olmaz. Bu, danışıqlar prosesinin və keçirilən görüşlərin səmərəli olmamasından irəli gəlir. Cəbhədə isə gərginlik demək olar ki, həmişə var. Lakin sərhəddə gərginlik, bəzi hallarda baş verir. Lakin son 20 gündə gərginliyin məhz sərhəddə baş verməsi maraqlı haldır və bunu Azərbaycan və Türkiyənin ciddi hazırlıq görməsi ilə izah etmək olar”, - deyə Yeğiazaryan bildirib.

Erməni hərbi ekspert Azərbaycanla Türkiyənin geniş miqyaslı birgə təlimlər keçirməsinə də toxunub: “Keçirilən təlimlərin mövzuları arasında aşağı nöqtədən dağlıq şəraitdə artilleriya atəşinin aparılması kimi elementlərin olmasını qeyd etməklə, Azərbaycanın dağlıq əraziyə malik qonşu ölkəsinin kim olduğunu, izah etməyə ehtiyac duymur. Yəni Azərbaycan tərəfi dəqiq müharibəyə hazırlaşma prosesindədir. Tezliklə müharibə olacağına inanmasam da, istənilən halda Azərbaycanın buna hazırlaşır. Erməni tərəfi olduqca diqqətli və daim müharibəyə hazır olmalıdır. Qarabağ KTMT çərçivəsindən kənardır. Lakin indi sərhəddə bu kimi halın qeydə alındığı bir vaxtda səssizliyin hökm sürməsi anlaşılmazdır”.

O, bunu KTMT-də prinsiplərin pozulması, xoşagəlməz hal kimi qiymətləndirməklə yanaşı, təşkilatın mövcudluğunun əhəmiyyətsiz olduğunu deyib.

“KTMT-yə üzv ölkələrin sərhədlərində bu cür hadisələr baş verdiyi halda, həmin ölkə özü çevik şəkildə KTMT rəhbərliyini məlumatlandırmalı və KTMT reaksiya verməlidir. Əgər bu təşkilata üzvlüyün varsa, demək təşkilat yaranmış vəziyyətə münasibət bildirməlidir. Belə olmadığı halda bu kimi təşkilatların varlığı mənasızdır. Əgər bu gün təşkilat baş verən hadisəyə münasibət bildirmirsə, sabah baş tutacaq, hərbi əməliyyatlar zamanı təşkilat tərəfindən problemlərin həllinə və təhlükəsizliyin təmin edilməsinə yardım ediləcəyinə necə etimad göstərmək olar. Qeyd edildiyi kimi, Azərbaycan, Ermənistanla sərhəddə gərginliyi artırmaqla, danışıqlar prosesindən narazı olduğunu ifadə edir. Belə olan halda Ermənistan hakimiyyəti necə davranmalıdır? Ermənistanın indiki hakimiyyəti hərbi baxımdan Ermənistanı daha da gücləndirməli və möhkəmləndirməli, eyni zamanda rəqibin iştahını qabaqlamaq üçün müəyyən addımlar atmalıdır. Hazırda müharibə vəziyyətidir. Bu sülh yox, atəşkəs dövrüdür. 1994-cü ildən fasiləsiz davam edən müharibə dövrüdür”, - deyə erməni ekspert təşvişini gizlətməyib.

Xatırladaq ki, düşmən iyunun 18-də, saat 00:20 radələrində Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəş­kəs rejimini pozub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb. Cavab atəşi ilə düşmən susdurulub.

İyulun 27-də düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

İyulun 28-də, saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­ub.

Axşam saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub. Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   Cəbhə  

Erməni hərbi ekspert: “Azərbaycan tərəfi dəqiq müharibəyə hazırlaşma prosesindədir”

2019/08/15610-1565943603.jpg
Oxunub: 1135     16:11     16 Avqust 2019    