ABŞ-ın Paşinyana sərt cavabı: Ermənistan sanksiyalara qucaq açır

2019/08/00-43-1565864013.jpg
Oxunub: 923     14:12     15 Avqust 2019    
ABŞ Ticarət Nazirliyi dünyanın 10-dan çox ölkəsində bir sıra şirkətləri qara siyahıya salıb.

Xəbər verdiyimiz kimi, bu siyahıya Ermənistanın “Markel” QSC və İrəvan Rabitə Vasitələri Elmi Tədqiqat İnstitutu da daxil edilib.

“İrəvan Rabitə Vasitələri Elmi Tədqiqat İnstitutu ABŞ-ın sənaye və təhlükəsizlik bürosunun “Ticarətə nəzarət siyahısı”dan mal alıb və zəruri lisenziyasız təkrar ixrac edib. İrəvan Rabitə Vasitələri Elmi Tədqiqat İnstitutunun icraçı direktoru və “Markel” QSC-nin sədri olan şəxs, ABŞ-ın tətbiq etdiyi sanksiyalar siyahısında olan İran təşkilatı ilə bizneslə məşğul olur”, - deyə ABŞ-ın Fedral qeydiyyat jurnalının saytında yayılan sənəddə bildirilir.

Məhdudiyyətlərin bu gündən qüvvəyə mindiyi bildirilir. Bununla da ABŞ və İran arasında gərginliyin Ermənistana təsiri barədə ekspertlərin proqnozları doğrulmaqdadır. Problem iki erməni şirkəti və onların fəaliyyəti deyil, problem ondadır ki, bundan sonra erməni şirkətləri, geniş mənada Ermənistan faktiki olaraq ABŞ-ın sanksiyaları siyahısına düşüb.

“Aydındır ki, bu siyasi qərar nəticəsində baş verib və bunun siyasi davamı olacaq. Məsələ burasındadır ki, Ermənistanda İranla əməkdaşlıq edən şirkətlər daim olub. Təbii ki, ABŞ-ın bu barədə məlumatı olub. Lakin İranın təcrid edilən Ermənistan üçün əhəmiyyətini nəzərə alaraq, məsələyə lokal yanaşılıb. Bu münasibət Ermənistan-ABŞ münasibətlərinin təzahürü, hər hansı şəkildə isə bilavasitə Ermənistana kömək kimi qələmə verilib. Lakin bu gün artıq reallıqlar dəyişib və ABŞ hakimiyyəti İran tərəfi ilə münasibətləri olan erməni şirkətlərini nəzərə alır. Lakin vəziyyətin bu şəkildə dəyişmə səbəbini Ermənistan-ABŞ yox, Ermənistan-Rusiya münasibətlərində axtarmaq lazımdır”, - deyə erməni KİV-lərindən biri yazır.

Xatırladaq ki, inqilabdan sonra Ermənistanın yeni hakimiyyəti bəyan etdi ki, xarici siyasətdə hər hansı əsaslı dönüş olmayacaq və əvvəlki hakimiyyətin xarici siyasəti davam etdiriləcək. Bununla da, Ermənistan-Rusiya münasibətləri yenə də keçmişdəki kimi rus maraqlarına xidmət vasitəsi kimi qaldı. Bunun ən parlaq nümunəsi isə rus mandatı altında Ermənistan tərəfindən Suriyaya hərbi yardımın göndərilməsi olub. Buna ABŞ tərəfi çox kəskin yanaşıb. ABŞ rəsmi olaraq daha sakit davransa da, ekspertlər vasitəsilə bu addımla Ermənistan tərəfindən ABŞ-ın düşməni olan Əsəd və Rusiyaya yardım edildiyi bildirilib. Lakin Ermənistanda heç kim bu iradlara ciddi yanaşmadı.

Nəticədə Ermənistan nümayəndə heyətinin ABŞ-a səfərindən sonra ABŞ Ermənistana yardımın həcmini azaltdı, qondarma quruma ayrılan yardımı isə faktiki olaraq dayndırdı. ABŞ-ın bu addımı ilk növbədə Ermənistanın Suriyadakı addımına cavab idi. “Amulsar” mədənində ən böyük invenstisiyanın dayandırılmasını da nəzərə alsaq, o zaman mənzərə daha da aydın olur.

Hazırda Ermənistana qarşı daha hansı addımların atılacağını demək olduqca çətindir. Lakin aydındır ki, qeyd edilən məqamlar Ermənistan hakimiyyətinin ayılmasına işarə olmalıdır. Bu baxımdan hələlik gündəliyi açıqlanmayan Paşinyanın ABŞ-a gözlənilən səfəri nəzərdən qaçmamalıdır.

Hakimiyyətə gəldiyi vaxtdan Paşinyan Ermənistan-ABŞ münasibətlərində bir neçə yanlış addıma imza atıb. Düz 1 il əvvəl avqustun 17-də keçirilən mitinqdə erməni-rus münasibətlərindəki missiya barədə məlumat verən Paşinyanın fikirləri bir neçə ay sonra parlamentdə ABŞ-ın Ermənistanda inqilaba layiqli münasibət göstərməməsi narazılığı ilə əks olundu. Rus mənbələrindən birinə verdiyi müsahibəsində isə Paşinyan qeyd etdi ki, o, ABŞ-ı ən çox tənqid edən ölkə rəhbəridir. Nəticədə ABŞ, Paşinyana hələlik iki şirkəti qara siyahıya salmaqla cavab verdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ABŞ   Sanksiya  

ABŞ-ın Paşinyana sərt cavabı: Ermənistan sanksiyalara qucaq açır

2019/08/00-43-1565864013.jpg
Oxunub: 924     14:12     15 Avqust 2019    