Azərbaycan Sərhəd Mühafizəsinin 100 ilində nələr təqdim edildi? – HƏRBİ EKSPERT (I YAZI)

2019/08/67929-1565858550.jpg
Oxunub: 2194     15:05     15 Avqust 2019    
Avqustun 14-də Dənizkənarı Milli Parkda Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyinə həsr edilən “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda keçirilən bayram tədbirində iştirak etdim. Tədbirdə iştirak edənlərin sayının kifayət qədər böyük olması, Azərbaycan əhalisinin bütün kateqoriyalarından olan insanların silah və texnikaya böyük maraq göstərdiyindən xəbər verirdi. Azyaşlı oğlanların və gənc qızlarımızın döyüş silahlarına xüsusi maraq göstərməsi də diqqətlərimizdən yayınmadı.

Bayram tədbiri çərçivəsində Dövlət Sərhəd Xidmətinin silahlanmasında mövcud olan müasir dəniz, quru və hava vasitələri, silahlar, kəşfiyyat müşahidə kompleksləri, rabitə avadanlıqları, mühəndis texnikası, kimya mühafizə vasitələri, sərhədçilərimizin atları və itləri ziyarətçilərə təqdim edildi.

Təqdim edilən texnika və vasitələr arasında sərhəd gözətçi və patrul gəmiləri, Mi-17 1V helikopterləri, katerlər, HAROP, “Qırğı” və “Quzgun” pilotsuz uçuş aparatları, TAHOR yüngül uçuş vasitələri, “Cobra”, “Otokar”, BTR-70, “Land Rover”, “Land Crusier”, “Mersedes” G-270 və “Sprinter” bazasında müxtəlif funksiyalı döyüş vasitələri, CORAL-LS termal kamera kompleksi, “Pelets Transporter-1000” universal ərazi vasitəsi, daşınan və mobil TƏİRK-lər, Azərbaycan və müxtəlif ölkələrin istehsalı olan “Yalquzaq”, 12.7 mm MACS M4, “Accuracy International Arctic Warfare” AW-50, “Accuracy International L96A1”, “CheyTac.308”, .375 və .408 çaplı “CheyTac M300 Intervention Carbon Fiber”, “Sako” TRG 22, RPA BMF “Rangemaster” .338 LM, “Steyr-Mannlicher” SSG 08, “Remigton 700” OM 50 “Nemesis” snayper tüfəngləri, PK-7.62, EM-14, AGE-N21, X-95, XB 17-9, IWI-MegaGun “Jericho” atıcı silahları, “Suzuki” bazasında kvadrisikllər, YAMAHA-640 VK qar skuterləri, səhra mətbəxi, sərhəd mühafizə və digər xüsusi xilasetmə vasitələri də yer alırdı.

Sadalanan çoxsaylı vasitələrin əksəriyyəti ilk dəfə idi ki, ictimaiyyətə bu qədər açıq şəkildə təqdim edilirdi. Bura gələn vətəndaşlar hərbi və döyüş texnikası ilə bilavasitə yaxından tanış ola, onların daxilinə girə, istədikləri silahları götürə, əllərinə ala və onunla daha yaxından tanış ola bilirdilər. Hətta burada insanlara döyüş helikopter və gəmilərinə minməyə belə icazə verildi.

Tədbir iştirakçılarına onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradıldı.

Bütün stendlərin arxasında təqdim edilən texnika və silahın istifadəçisi olan ekipaj və heyət üzvləri tərəfindən sakinlərə, xüsusən də gənclərə və yeniyetmələrə onların adı, təyinatı, texniki xüsusiyyətləri və imkanları barədə geniş məlumat verilirdi. Bütün sərgilənən texnikaların yaxınlığında TTX göstəriciləri əks olunan tablolar da yerləşdirilmışdi. Ümumiyyətlə sərginin keçirilməsi ilə bağlı təşkilati tədbirlər yüksək səviyyədə təşkil edilmişdi. DSX nümayiş etdirə biləcəyi vasitələrin əksəriyyətini, yalnız 2015-ci illərdə ölkəmizin əldə etdiyi “Elbit” şirkətinin “Hermes-900”, “Hermes-450” və “Israel Aerospace Industries” şirkətinin “Heron” pilotsuz uçuş aparatları xaric, sərgidə təqdim etdi. Adı çəkilən PUA-ların sərgiyə gətirilməməsini həmin vasitələrinin geniş qanad açılımına malik olması və təhlükəsizlik tədbirləri ilə əlaqədar olduğunu düşünürəm. Onların yük maşınları üzərində bəlli bir mühafizə zonasında yerləşdirməklə nümayişi də mümkün ola bilərdi. Sərgidə təqdim edilən əsəs döyüş texnikalarının bir neçəsi ilə daha yaxından tanış olaq.

“Tufan”

Tədbirdə ziyarətçılərə təqdim edilən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin OPV 62 layihəli “Tufan” ailəsinin sonuncu, altıncı S-206 gəmisı 2019-cu il yanvarın 23-də Xəzər dənizinə endirilib. İnşası 7 aydan da qısa müddətə başa çatdırılan gəminin silahlanmasında əsasən İsrail istehsalı olan kifayət qədər ciddi silah sistemləri mövcuddur.

Gəmi bütün müasir elektron avadanlıqlarla təchiz olunub. Qaçaqmalçılıqla mübarizə və dövlət sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulub. Gəmi sualtı, suüstü və hava hədəfləri ilə mübarizədə istifadə olunur. Gəmidə artilleriya və raket qurğuları, sürətli hərəkəti təmin etmək üçün katerlər var. Həmçinin gəmidə helikopterin enişi və yüklərin boşaldılması mümkündür. Gəminin sürəti saatda 3 dyümdür. Gəmi 7 baladək dalğada üzmə qabiliyyətinə malikdir.

Bunun əsasını 30 km məsafədə hədəfləri məhv edə bilən, 8 raketə malik, İsrailin “Rafael Advanced Defence Systems Ltd” şirkətinin “Spike-NLOS” idarəolunan raketləri ilə təhciz olunan “Rafael MLS NLOS” kompleksi təşkil edir. Azərbaycan Respublikası “Rafael MLS NLOS” kompleksinin ilk xarici müştərisidir, bu kompleksin gəmi raketlərinin ümumi ehtiyatı 20 ədəddir. Bu gəmilərdə istifadə edilən digər silahlar arasında “Rafael” şirkətinin istehsalı olan, 23 mm-lik 2A14 “Typhoon” (ZU-23-2 zenit qurğusunun toplarından istifadə olunur) avtomatik topu və iki ədəd 12.7 mm-lik M2NV “Mini Typhoon” pulemyotu yer alır. Bu silahlar gəminin yan tərəflərində quraşdırılaraq məsafədən idarə olunur. İki ədəd 12.7 mm və iki ədəd 7.62 mm pulemyotlar isə əllə idarəolunan turelə yerləşdirilib.

Mi-17-1V

Təqdim edilən digər vasitə Mi-17 helikopteri idi. Bu helikopter yeni olmasa da, ziyarətçilərin onun daxilinə girməsinə ilk dəfə idi ki, icazə verilirdi. Azərbaycan Dövlət Sərhəd Xidmətinin aviadəstəsinin arsenalında yer alan helikopterlər dağlıq ərazilər üçün uyğunlaşdırılıb. Helikopterdən döyüş əməliyyat zonalarına desant çıxarmaq, bölmələri təxliyyə etmək, sanitar və digər məqsədlər üçün istifadə edilir.

3 nəfər ekipaja malik helikopter 24 nəfər desantı və ya 12 xərəyi daşıya bilir. 4000 kq yük daşıyan helikopterin uzunluğu 18.465 m, hündürlüyü 4.76 m, boş çəkisi 7489 kq-dır. Maksimum sürəti 280 km/s olan helikopter 800 km maksimal uçuş məsafəsinə malik olmaqla 1500 kq-dan çox silah, raket və ya aviabomba daşıya bilər.

"Harop"

“Israel Aerospace Industries” (İsrail Aerokosmos Sənayesi) korporasiyasının aerokosmik bölməsi tərəfindən hazırlanan “Harop” pilotsuz Uçan aparatları (PUA) radiodalğa kateqoriyalıdır, yəni PUA hədəfin radarlarının yaydığı radiodalğalara kilidlənir. Sonra isə özünü həmin hədəflərə çırpmaqla hədəfi və özünü məhv edir. Əlavə olaraq, əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq bu dron özü bütövlükdə döyüş başlığı sayılır, yəni hədəfi özünü hədəfə çırpmaqla məhv edir. “Harop” ya muxtar olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, ya da yerdəki idarəetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadığı halda dron özü avtomatik olaraq bazaya qayıdır.

Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

“Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidır.

“Qırğı”

Tədbirdə təqdim edilən ”Qırğı” PUA-ları kəşfiyyat və ya müşahidə təyinatlıdır. İsrailin “Elbit Systems” şirkətinin törəməsi “Silver Arrow” tərəfindən hazırlanan 2 nəfərlik ekipaja malik PUA daşına bilir və əllə buraxılır. 10 km² ərazini izləmək üçün nəzərdə tutulur və elektron avadanlıqların köməyi ilə yerdəki fərdi insanları bir neçə yüz metr hündürlükdən “görərək” görüntüləri operatorun monitoruna ötürmək qabiliyyətinə malikdir. PUA-nın yerə qaytarılması şişmə yastığının köməyi ilə həyata keçirilir.

Çəkisi - 8.5kq;
Havada qalma müddəti - 2.5 saat;
Maksimal hühdürlük - 3000 metr;
Taktiki radius - 40 km;
Qanad açılımı - 3.09 m;
Uzunluğu - 1.54 m;
Maksimal sürəti - 90 km/saatdır.

“Quzğun”

Zərbə tipli “Quzğun” PUA-sı 40 km radiusda düşmənin yerüstü hədəflərini aşkarlamaq, koordinatlarını təyin etmək və onlara zərbə endirmək üçün nəzərdə tutulur. PUA, həmçinin uzaqdan idarəolunan elektro-optik tuşlamaya malik “gəzən sursat” əməliyyat sisteminə malikdir. Yeni platforma “Elbit Systems” şirkətinin həssas və üzunmüddətli taktiki həllərini təmin edən geniş təcrübəsinə əsaslanır.

PUA-nı idarə edən operator onu hədəfə doğru yönəltmək, praktiki olaraq təmas nöqtəsinə çatdırmaq və eyni zamanda hücumu ləğv etmək imkanına malikdir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radioelektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Uçuş vaxtı diqqət cəlb edən hədəf müəyyən edilmədikdə operator PUA-nı geri qaytarır və o, paraşütün köməyi ilə yerə enə bilir.

Sistemin elektrik mühərriki isə aşağı akustik siqnala malikdir və aşağı hündürlükdə əməliyyatların gizliliyini təmin edir. Onun əməliyyat sistemi istənilən hədəfi, istənilən istiqamətdən və istənilən bucaq altında məhv etməyə imkan verir.

PUA operatoru zərbədən iki saniyə əvvəl döyüş başlığının istifadə əmrini ləğv edə bilər və ya onu yenidən aktivləşdirə bilər, məhv edilməsi üçün hədəf olmadıqda isə təhlükəsiz şəkildə start mövqeyinə və ya əmr edilən koordinatlara qayıda bilər.

Çəkisi - 35 kq;
Uçuş məsafəsi - 40 km;
Uçuş müddəti - 2 saata qədər;
Döyüş bağlığının çəkisi - 5-10 kq;
Maksimal üçüş yüksəkliyi - 2000 metr;
Maksimal uçuş sürəti - 180 km/saat.

Sərgidə təqdim edilən digər texniki vasitələr və silahlar haqqında daha geniş məlumat veriləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycan Sərhəd Mühafizəsinin 100 ilində nələr təqdim edildi? – HƏRBİ EKSPERT (I YAZI)

2019/08/67929-1565858550.jpg
Oxunub: 2195     15:05     15 Avqust 2019    