Naxçıvandakı muzeyin eksponatlarının sırasına ZRK və döyüş təyyarələri daxil edilib - FOTO

2019/08/18686-1565761983.jpg
Oxunub: 634     09:40     14 Avqust 2019    
Naxçıvan Muxtar Respublikasında ən çox ziyarət edilən məkanlardan olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində bu gün 36 adda silah, texnika və qurğu mövcuddur.

Hazırda muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş haubitsa, top və minaatanlar, S-75, S-125, S-200 zenit raket kompleksləri, Mi-8T döyüş-nəqliyyat helikopteri, Su-17 və MiQ-21 döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ƏÜO   Müzey  

Naxçıvandakı muzeyin eksponatlarının sırasına ZRK və döyüş təyyarələri daxil edilib - FOTO

2019/08/18686-1565761983.jpg
Oxunub: 635     09:40     14 Avqust 2019    