“Ter-Petrosyanın açıq-aşkar etdiyini, indi onun siyasi şagirdi edir” - Şakaryants

2019/08/Serge-1565702128.jpg
Oxunub: 687     17:14     14 Avqust 2019    
“Çünki artıq Köçəryan ətrafında deyəcəklərini bitirib. Baxın, nə edirlər, guya general Samvel Karapetyan gəlib bizə atəş edib. Yəni qarabağlı gəlib bizə atəş edib”.

Xəbər verdiyimiz kimi, ötən günlərdə BBC-nin rus xidməti “2008-ci ildə İrəvanda nümayişçilərə kim atəş edib, istintaq Qarabağdan olan dəstəyə işarə edir” başlıqlı məqalə yayıb.

Mətbuat orqanının iddiasına görə, istintaq materialları ilə tanış olmağa eksklüziv imkan əldə edib. İstintaq hesab edir ki, 2008-ci ilin mart ayının 1-də nümayişçilər istiqamətinə atəş açma əməliyyatlarına işğal altında olan Qarabağdakı “hərbi birləşmə”nin komandir müavini Oqanovski ləqəbili ilə tanınan, general-mayor Samvel Karapetyan rəhbərlik edib. Cinayət əməlində Ermənistanın sabiq prezidentləri R.Köçəryan və S.Sarkisyan, o cümlədən həmin günlərdə böyük təsirə malik iki oliqarx deputat “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan və “Respublikaçılar” fraksiyasının sabiq depuatı Samvel Aleksanyan xüsusi rol oynayıblar.

“168.am” saytına verdiyi müsahibəsində qalmaqallı məlumata toxunan erməni politoloq Sergey Şakaryants, Ermənistan arixində bənzər bir neçə məqamı da xatırladıb.

- BBC-nin yaydığı məlumat ətrafında müzakirələr yaranıb, təhlükəsizlik məsələləri qaldırılır, sizcə bu nədir?

- Bu, vaxtilə Levon Ter-Petrosyanın sözcüsü Levon Zurabyanın “Respublika Armeniya” qəzetinə ciddi, məxfi olan danışıqların məzmununu verdiyi, həm də Təhlükəsizlik üzrə məsləhətçi Manuçaryanın Fransa səfiri xanım Di Artinklə birgə etdiyi hadisə ilə eynidir. Bunlar ciddi gizli danışıqlar idi, bu gün olduğu kimi heç kim bilmirdi ki, bu qəzetlərdə guya bu necə peyda olub. Məgər məlum deyilmi necə? Eyni şey indi baş verir. Milli təhlükəsizliklə bağlı olan bütün insanlar çox yaxşı bilir ki, bu BBC-nin həm də rus xidmətində necə peyda olub. Bu məlumatlar kimdə cəmləşibsə, bu adam satır, yaxud kiminsə təlimatı ilə müvafiq KİV-lərə təqdim edir. Bu ictimai qalmaqal yaratmağa hesablanıb.

- Sizin fikrinizcə, bu kim üçün əlverişlidir?

- Yalnız Paşinyan administrasiyası üçün əlverişlidir.

- Niyə?

- Çünki artıq Köçəryan ətrafında deyəcəklərini bitirib. Baxın, nə edirlər, guya general Samvel Karapetyan gəlib bizə atəş edib. Yəni qarabağlı gəlib bizə atəş edib. 1995-1996-cı illərdə Ter-Petrosyanın açıq-aşkar etdiyini, indi onun siyasi şagirdi edir. Mən xatıladığım qədər, ümumiyyətlə Paşinyan Ter-Petrosyanın hesabına siyasətdə peyda olub. Məsələ bu “işi” çəkib uzatmağa davam etməkdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   1-Mart   BBC  

“Ter-Petrosyanın açıq-aşkar etdiyini, indi onun siyasi şagirdi edir” - Şakaryants

2019/08/Serge-1565702128.jpg
Oxunub: 688     17:14     14 Avqust 2019    