Sabiq MTX rəisi: “Ermənistanda ciddi hökumət böhranı var”

2019/08/Davit-1565701421.jpg
Oxunub: 364     20:17     14 Avqust 2019    
“Məxfi, ya tam məxfi sənəd nə deməkdir? İlk növbədə bu o deməkdir ki, bu sənədin varlığı faktı, artıq özü-özlüyündə dövlət sirridir… Müharibə edən ölkənin icraçı rəhbəri olaraq bu cür bəyanatla çıxış etməyə haqqın yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri 1992-1995-ci illərdə fövqəladə və səlahiyyətli səfir, 1994-1995-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, 1991-1995-ci illərdə Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri və 1995-1999-cu illərdə Ermənistan parlamentinin deputatı Davit Şahnazaryan bu günlərdə Baş nazir Nikol Paşinyanın açıqladığı və həmin sənədə görə, Ermənistanın institusional baxımdan iflic vəziyyətində olmasına dair məxfi hesabata toxunarkən deyib.

Şahnazaryan, Paşinyan tərəfindən bu kimi məxfiçiliyin pozulmasını həddindən artıq məsuliyyətsizliyin növbəti nümunəsi, dövlətçilik düşüncəsinin olmaması, dövlətin rolunun anlaşılmaz təsəvvürlərinin nəticəsi kimi dəyərləndirib.

“Paşinyanın hökuməti nə edir? Bizim 3 prezidentimiz olub. Onların fəaliyyətində istər müsbət, istər mənfi hallar baş verib. Gəlin indi hansının daha çox olduğunu dəyərləndirməyək. O, məqsədyönlü olan müsbətləri dağıdır, mənfiləri inkişaf etdirir. Məxfi, ya tam məxfi sənəd nə deməkdir? İlk növbədə bu o deməkdir ki, bu sənədin varlığı faktı, artıq özü-özlüyündə dövlət sirridir. Bu sənədin kim tərəfindən hazırlanması da daxil olmaqla çoxsaylı suallar yaranır. Siz də öz məqsədləriniz naminə sənəd hazırlayaraq, onu məxfi hesab edib, Baş nazirin ünvanına göndərə bilərsiniz. İndi ictimai tələb budur ki, yaymaqla yetməz, ətraflı məlumat vermək lazımdır. Paşinyan deyir ki, dövlət sistemi yoxdur, bütün qurumlar mövcud deyil, məgər bir il idarəetmədən sonra bunu başa düşdün? Belə olmasa da, keçmiş hakimiyyət dövründə qurumlar daha səmərəli işləyirdi, nəinki indi. Hətta hesab edək ki, bu belədir. Müharibə edən ölkənin icraçı rəhbəri olaraq bu cür bəyanatla çıxış etməyə haqqın yoxdur”, - deyə Şahnazaryan bildirib.

Jurnalistin “Niyə bu belə edilir?” sualına Şahnazaryan belə cavab verib: Paşinyan dalana dirəndiyini çox yaxşı dərk edir. Ermənistanda ciddi idaretmə böhranı var, nazirlər səviyyəsində siyasi qərarlar qəbul edilmir. Səmərəli dövlət idaretmə sistemi nə deməkdir? Hər bir dövlət məmuru ən aşağı dairədən başlayaraq, ən yüksək dairəyədək qərar qəbul etməldir. Lakin yalnız özü qərar qəbul edir. Buna görə də bütün sahələrdə biruzə verən ciddi böhran var”.

O əlavə edib ki, Xankəndindəki meydanda etdiyi çıxışın ertəsi gün verilən bu bəyanat Paşinyanın iş üslubunun aydın göstəricisidir.

“Davamlı olaraq öz çağırışları, bəyanatları ilə qeyri-sabitlik yayır. Qalmaqallar təşkil edir. Daha sonra bu qalmaqalları harda gizlədir? Mütəmadi olaraq mövzuları dəyişməklə yeni qalmaqalların altında gizlədir. İctimaiyyət narazılıq edəndə, sorğu-suala çəkəndə, daima mövzuları dəyişir”, - deyə sabiq erməni xidmət rəhbəri sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ermənistan Baş naziri Paşinyan öz “Facebook” səhifəsində birbaşa yayım zamanı bildirib ki, 2014-cu ildə məxfi bir hesabat hazırlanıb, həmin hesabat inqilabdan əvvəl, bəzi mənada isə, həmçinin inqilabdan sonra da Ermənistanın institusional baxımdan iflic vəziyyətində olduğunu sübut edir. O ifadə edib ki, bu gün Ermənistanda insanların problemlərini həll edəcək institutlar yoxdur.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Sabiq MTX rəisi: “Ermənistanda ciddi hökumət böhranı var”

2019/08/Davit-1565701421.jpg
Oxunub: 367     20:17     14 Avqust 2019    