Fərari erməni əsgərin valideynləri Qarabağa gəlib - Detallar

2019/08/68407-1565694601.jpg
Oxunub: 918     14:11     14 Avqust 2019    
Avqustun 12-si, saat 12:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birində qulluq edən 2000-ci il təvəllüdlü Arayik Hayk Qazaryan məruz qaldığı zorakılıqlardan bezərək mövqelərimiz tərəf keçib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, döyüş mövqeyini tərk etmiş 19 yaşlı erməni hərbi qulluqçu Arayik Qazaryan Ermənistanın Vayots Dzor vilayətinin Yeğeqis icmasının sakinidir.

Erməni əsgərin qardaşı Armen Qazaryan KİV-lərə açıqlamasında, qardaşının nə üçün belə bir addım atdığını bilmədiyini qeyd edib.

"Bilmirəm, biz çaşqınlıq içərisindəyik. O, 8 ayın hərbi qulluqçusu idi, bilmirik", - deyə o ifadə edib.

Məlumatlara görə, erməni əsgərin valideynləri Qarabağa gəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Fərarilik  

Fərari erməni əsgərin valideynləri Qarabağa gəlib - Detallar

2019/08/68407-1565694601.jpg
Oxunub: 919     14:11     14 Avqust 2019    