Erməni sərhədçi fırıldaqçılıq yolu ilə külli miqdarda pul mənimsəyib

2019/08/456-1565693330.jpg
Oxunub: 399     16:54     14 Avqust 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidməti, Sərhəd Qoşunlarının hərbi qulluqçusu tərəfindən fırıldaqçılıq yolu ilə külli miqdarda pul oğurlanması faktını aşkar edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Əldə olunmuş ilkin məlumatlara görə, Ermənistan MTX Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu iki şəxslə (bacı və qardaş) tanış olmaqla, MTX-də işə qəbul olunma məsələsində rüşvət qarşılığında onlara yardım etməyi təklif edib.

Erməni hərbi qulluqçu 2018-ci ilin sentyabr-dekabr ayları ərzində yuxarıda qeyd edilən və digər bəhanələrlə onları aldatmaq və etibarlarından sui-istifadə etməklə ümumilikdə 3.104.632 erməni dramı məbləğini hissə-hissə mənimsəyib. Baş vermiş cinayət hadisəsinə görə, Ermənistan Milli Təhlükəsizilik Xidmətinin İstintaq Departamentində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

Əldə olunan sübutlarla 1 nəfərə qarşı ittiham irəli sürülüb. Sərhəd Qoşunlarının hərbi qulluqçusu həbs edilib.

İlkin istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-sərhədçisi   Korrupsiya   MTX  

Erməni sərhədçi fırıldaqçılıq yolu ilə külli miqdarda pul mənimsəyib

2019/08/456-1565693330.jpg
Oxunub: 400     16:54     14 Avqust 2019    