Balayan Günnüt əməliyyatını tez unudub: "Nailiyyətlərimiz var"

2019/08/20036-1565693934.jpg
Oxunub: 508     10:11     14 Avqust 2019    
"Azərbaycan-Ermənistan sərhəddində aparılan mühəndis işləri nəticəsində erməni tərəfi bir neçə döyüş mövqelərində üstünlük əldə edib".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözəri jurnalistlərlə söhbəti zamanı Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan deyib.

O iddia edib ki, aparılan mühəndis işləri nəticəsində nəzərəçarpan nailiyyətlər əldə ediblər.

"Mühəndis qoşunları qarşısında qoyulan tapşırıq icra edilir. Son vaxtlarda Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin səbəbi Azərbaycan və Ermənistan sərhəddində aparılan mühəndis işləri olub. Mühəndis işləri nəticəsində rəqib müəyyən ərazilərdə mövqe üstünlüyü əldə etməyə səy göstərib. Lakin bunun qarşısı alınır", - deyə Balayan bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti və Ermənistan Baş naziri arasında yaradılan əməliyyat əlaqəsi sərhəddə gərginliyin azaldılmasına kömək edir.

"Son iki həftə ərzində sərhəddə heç bir açıq gərginlik niyyəti yoxdur. Yanğınlar da atışmalar nəticəsində, yaxud birbaşa isti hava şəraiti nəticəsində baş vermiş ola bilər", - deyə erməni nazir müavini vurğulayıb.

Qeyd edək ki, iyul ayının 27-28-də Naxçıvanın şimal-şərq istiqamətində təxribata cəhd edən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Arman Bulğadaryan məhv edilib, daha iki erməni hərbi qulluqçu isə zərərsizləşdirilib.

Xatırladaq ki, cari ilin may ayında Ermənistan ordusunun beşinci ordu korpusunun komandanı polkovnik Andranik Piloyan da, Balayan kimi oxşar bəyanat səsləndirərək bildirib ki, Azərbaycanın ötən il qurduğu mövqelərin bəziləri qışda normal təchizatı təmin etməyin mümkün olmaması səbəbindən boşaldılıb. Azərbaycan Müdafiə Nazirliyi Andranik Piloyanın səsləndirdiyi fikirləri inkar edərək bunların xəyal məhsulu və yalan olduğunu bildirib.

Balayana xatırlatmaq zəruridir ki, 2018-cı il mayın 20-dən 27-nə qədər həyata keçirilən Günnüt əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Naxçıvan   Təxribat  

Balayan Günnüt əməliyyatını tez unudub: "Nailiyyətlərimiz var"

2019/08/20036-1565693934.jpg
Oxunub: 511     10:11     14 Avqust 2019    