Düşmən Günnüt istiqamətindən danışdı: "Atışmalar əsasən mühəndis işləri ilə əlaqədardır"

2019/08/98462-1565690876.jpg
Oxunub: 983     12:20     14 Avqust 2019    
"Zanqakatun yaşayış məntəqəsindən bir az o tərəfdə yerləşən döyüş mövqelərində atışma olsa da, bu atışmalar hər zamankı kimi azdır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan bildirib.

Onun sözlərinə görə, sərhəddə gərginlik böyük deyil və vəziyyət nisbətən sakitdir.

"Mən dünən Vayots Dzor vilayətinin Xaçik və Areni kəndlərində olmuşam, orada vəziyyət nisbətən sakit idi. Atışma isə demək olar ki, yox idi. Zanqakatun yaşayış məntəqəsindən bir az o tərəfdə yerləşən döyüş mövqelərində atışma olsa da, bu atışmalar hər zamankı kimi azdır. Yelpin kəndi istiqamətindəki atışmalar da əsasən sərhəddə aparılan mühəndis işləri ilə əlaqədardır", - deyə Balayan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Düşmən Günnüt istiqamətindən danışdı: "Atışmalar əsasən mühəndis işləri ilə əlaqədardır"

2019/08/98462-1565690876.jpg
Oxunub: 984     12:20     14 Avqust 2019    