Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə Açıq Kubok yarışı keçirilib - FOTOLAR

2019/08/photo-1565629624.jpg
Oxunub: 1083     15:06     12 Avqust 2019    
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı
Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl olaraq mühüm tədbirlər həyata keçirir.

DSX-nin mətbuat xidmətindənOrdu.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq 10 - 11 avqust 2019-cu il tarıxlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə Açıq Kubok yarışı keçirilib.

Yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 30 komandadan 250 idmançısı müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınayıblar.

Yarışın təntənəli açılış mərasimində çıxış edənlər müstəqil, müasir Azərbay­can dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə qеyd еdib, Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın yuksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən yerli və beynəlxalq idman yarışlarının Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, möhtəşəm yarışları keçirmək bacarığını, qazanılan qələbələrin isə ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının bariz nümünəsi olmasını xüsus olaraq vurğulayıblar.

Keçirilən yarışda “Sərhədçi” komandası 15 idmançısı ilə iştirak etmiş və gərgin mübarizə şəraitində keçən yarışda 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazanaraq kuboka sahib olublar.

İdmançilarımızdan Mahir Məmmədov (48 kq), Camal Qasımov (55 kq), Zeyqəm Qurbanov (65 kq), Əli Əmirov (80 kq), Xəlil Allahverdiyev (92 kq), Murad Bəhlulzadə (110 kq) müxtəlif çəkilər üzrə yarışın ən yüksək pilləsinə layiq görülüblər

Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən yarışın sonunda idmançıların təltiflənmə mərasimi keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX  

Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə Açıq Kubok yarışı keçirilib - FOTOLAR

2019/08/photo-1565629624.jpg
Oxunub: 1084     15:06     12 Avqust 2019    