“50 mindən artıq insan ayağa qalxsa, Paşinyan yenə də müxalifət xadiminə çevriləcək” - Badasyan

2019/08/Vahan-1565423647.jpg
Oxunub: 623     12:52     10 Avqust 2019    
“Şəhərimizdə 50 mindən artıq insan ayağa qalxsa, yarım saat sonra Paşinyanın yenə də müxalifət xadiminə çevriləcəyinə əminəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanda “İslahatçılar” partiyasının sədri Vahan Badasyan keçirdiyi mətbuat konfransında Ermənistanda mümkün hakimiyyət dəyişikliləri ssenariləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, 2018-ci ildə baş verən hadisələrdən ruhlanan bir çox insanlar bir neçə ay sonra həyatlarında sıçrayış tipli dəyişikliklərin olacağını düşünürdü.

“Lakin 1.5 il keçib görürlər ki, ölkədə hər hansı irəliləyiş yoxdur. Yoxdur, ona görə ki, yalanlar, manipulyasiyalar və nağıllar sahəsi ilə dolu xeyli hal var. Əsl həyatda inanları narahat edən problemlərin həlli yoxdur. İnsanlar danışırlar ki, Nikol olmasın, bəs kim olsun, xalq kimin arxasınca lider deyə getsin? Bu sual Ermənistanın siyasət meydanında havada qalan məsələdir. Ermənistan siyasət meydanı kifayət qədər zəngindir. Kifayət qədər siyasi xadimlər var. Hadisələr zamanı bu insanların hansınnı mövqe nümayiş etdirəcəyi və rol oynayacağı başqa məsələdir. Keçmişdə heç kim Paşinyanın Baş nazir olacağını bilmirdi. Bu gün də sürprizlər baş verə bilər. Son klassikin dediyi kimi, dünya soyuq və aldadıcıdır”, - deyə Badasyan bildirib

O qeyd edib ki, indiki məqamda Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı yüksəkdir: “Birdən hər hansı qüvvə Azadlıq meydanında 20 min insan toplayarsa, bugünkü hakimiyyət qoşun yeridəcək. Hər hansı siyasi proseslərin irəliləməsini qəbul etməyəcəklərinə əminəm. Lakin şəhərimizdə 50 mindən artıq insan ayağa qalxsa, yarım saat sonra Paşinyanın yenə müxalifət xadiminə çevriləcəyinə əminəm. Bizim ictimaiyyətin böyük bir qismi həyat şəraitlərini yaxşılaşdıracaq lideri, növbəti rəhbərin kim olacağını görməsə də, insanlar vəziyyətin doğrudan da dəyişmədiyini hiss etsələr, onlar hakimiyyəti dəyişəcəklər. Hakimiyyəti xalqa qaytardıqlarını, verilən vədlərə əməl etmədiyinə dair xalq qərar verdiyi anda, hakimiyyətdən getməsini istəsələr, hakimiyyəti tərk edəcəyinə dair Paşinyanın siyasi vədləri xatırlanmalıdır. İndi xalq arasında narazılıqlar var və narazılıqlar pərakəndə yox, vahid bir siyasi meydanda real siyasi konsepsiyalarla birləşməli, vahid siyasi platformaya çevrilərək, hakimiyyətdə olan gücə qarşı gələcək alternativ qüvvə fomalaşdırmalıdır.

Xankəndində deyilən 2050-ci il üzrə nağıl vədləri, bu nədir? Onlar vədlərinin heç 10%-ni də yerinə yetirmədikləri halda, 2050-ci il haqqında danışırlarsa, əziz millət bu artıq bizi ələ salmaqdır. Mən çox təəssüf edirəm ki, hələ də bizim 2050-ci ildə əmək haqqlarının 7 dəfə artırılacağına sevinən, alqışlayan və fəxr edən insanlarımız var. Paşinyan 5 il müddətinə seçilib. O, 5 il çərçivəsinə sığan bütün vədlərini yerinə yetirməyə borcludur. Bundan sonra hakimiyyətdə qalma və ya qalmama barədə iddia edə bilər”, - deyə erməni partiya sədri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran  

“50 mindən artıq insan ayağa qalxsa, Paşinyan yenə də müxalifət xadiminə çevriləcək” - Badasyan

2019/08/Vahan-1565423647.jpg
Oxunub: 624     12:52     10 Avqust 2019    