Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıb - VİDEO

2019/08/9b54d-1565351309.jpg
Oxunub: 388     15:47     09 Avqust 2019    
Heydər Əliyev adına Hərbi Liseydə keçirilən yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev çıxış edərək ali hərbi təhsil almaq hüququ qazanan kursantlara uğurlar arzulayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, 56 kursantla fəaliyyətə başlayan hərbi liseyin 3 mindən artıq məzunu ötən dövr ərzində ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olunublar.

Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün hər birimizi daha da qürurlandıran Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının Ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət etmələridir.

Sonra gələcəyin zabitlərinin təntənəli keçidi olub. Beləliklə də ali hərbi təhsil almaq hüququ qazanan kursantlar Bakı şəhərinə yola salınıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Hərbi-lisey  

Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıb - VİDEO

2019/08/9b54d-1565351309.jpg
Oxunub: 389     15:47     09 Avqust 2019    