Ermənistanda keçmiş komissar rüşvətə görə saxlanılıb

2019/01/1-6-1547732121.jpg
Oxunub: 713     15:56     09 Avqust 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları hərbi komissarlığın yüksək vəzifəli keçmiş zabiti və ona yardım edən şəxsin 2019-cu ilin yay çağırışında hərbi həkim komissiyası ilə əlbir olaraq, 9 çağırışçı və 4 mükəlləfiyyətdə olan şəxsin hərbi xidmətdən azad edilməsi və ya möhlət hüququnun verilməsi məqsədilə saxta diaqnozlar yazılması işlərini təşkil etmə faktını aşkar ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxslərin sözügedən saxtakarlıq müqabilində 2000-15000 dollar arasında rüşvət aldıqları müəyyən edilib.

Həmçinin hazırda xidmətdə olan daha iki hərbi qulluqçunun vaxtından əvvəl tərxis edilməsi üçün hospitalın həkimi ilə əlbir olaraq cinayətə əl atdıqları da qeyd edilib.

Ermənistan MTX-nin istintaq departamentində hər 3 şəxsə qarşı CM-nin müvafiq maddələri üzrə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Çağırış   Korrupsiya  

Ermənistanda keçmiş komissar rüşvətə görə saxlanılıb

2019/01/1-6-1547732121.jpg
Oxunub: 714     15:56     09 Avqust 2019    