Madagizdəki erməni zabitin vəhşilikləri qalmaqala səbəb olub – DETALLAR

2019/08/67742-1565341053.jpg
Oxunub: 1433     20:56     09 Avqust 2019    
Ermənistanda tabor komandiri mayor Artur Fahradyanın cinayət əməlləri haqqında dərc edilən məqalə səs-küyə səbəb olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məqalə dərc edildikdən sonra işğal altında olan Madagizdəki hərbi hissədə xidmət edən əsgər və valideynlər tərəfindən narahatlıq ifadə edən müraciətlər daxil olub.

Dərc edilən hərbi hissədəki cinayət əməlləri ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin rəsmi mövqeyinə görə “Yat” komandasından sonra yatmağa getməyən, qida qəbul edilməsi ilə məşğul olanlar ciddi şəkildə cəzalandırılmalıdır.

Qeyd olunur ki, MN-nin mətbuat katibi Artsrun Hovhannisyan açıq şəkildə taborun Qəraragah rəisi mayor Fahradyanın əsgərləri uzadaraq üzərlərindən addımlamasını yaxşı edib deyə bilməsə də, lakin ictimai şəkildə onun hərəkətinə haqq qazandırmaqla ordudakı əsgərlərə qarşı cinayət əməllərində özbaşınalığa təşviq edib.

Daha öncə qeyd edildiyi kimi, Madagiz yaşayış məntəqəsində dislokasiya olunan 10-cu dağ atıcı diviziyanın 6-ci müdafiə rayonu hesab edilən, şərti adı “Satana” olan 33651 nömrəli hərbi hissə komandiri polkovnik Armen Qyozalyan bu cinayət əməllərinə rəhbərlik edir. Motoatıcı taborun Qərargah rəisi, komandir müavini, onun sağ qolu hesab edilən, mayor Artur Fahradyan ən qəddar zabit şöhrətinə malikdir. O, əslən Ermənistanın Armavir vilayətindəndir. Qarabağda məskunlaşıb, subaydır. 31 yaşında olan mayor, artıq 2 dəfə məhkəmə qarşısına çıxıb. Lakin 3-cü qarnizonun hərbi prokurorluğu, Sünik məhkəməsinin hakimləri Qnel Qasparyan və Davit Sarkisyan məlum cinayətkara qarşı mülayimlik nümayiş etdiriblər.

2018-ci il yanvarın 12-də gecə vaxtı mayor Fahradyan əsgərləri yerə uzandırmaqla onların üzərindən sıra yerişi ilə addımlayıb. Bununla da “Yat” komandasından sonra yataqxanada yemək yediklərinə görə, onları bu yolla cəzalandırıb. Onları cəzalandıraraq, Fahradyan 3 nəfər kiçik çavuşu Mxitar Sarkisyanı, Sergey Qriqoryanı və Narek Poğosyanı döyüb.

O, çavuşları döyməklə kifayətlənməyərək səhər tezdən saat 07:30 radələrində Narek Poğosyanı və əsgərlər olan, maddi təsərrüfat taqımının avtomobil manqasının sürücüsü Şahen Poğosyanı, tibb məntəqəsinin sürücü-sanitarı Tevan Hambartsumyanı, Baş atıcı zenitçi Tiqran Mxitaryanı, kəşfiyyatçı snayper Davit Çatyanı və qumbaraatan taqımın sürücüsü Xoren Qabrielyanı taborun binası qarşısında saxlayıb. Plastmas su qabla kiçik çavuş Poğosyana bir neçə zərbə endirməklə, bədən xəsarətləri yetirib. Digərlərinə “uzan-qalx” komandaları verməklə, həmin vaxt ərzində onların üzərindən addımlayaraq bədən xəsarətləri yetirib.

2018-ci il avqustun 22-də Fahradyan haqqında imza qarşılığında yaşayış yerini tərk etməmə qərarı verilib. Hərbi prokurorluq təqribən 6 ay davam edən ilkin araşdırma ərzində hətta mayoru təcrid belə etməyib. Qəddar mayora qarşı bu mülayim qərarı 3-cu qarnizon hərbi prokurorunun müavini Boris Baxşyan tətbiq edib. May ayında həmin Baxşyan hakim olub. Fahradyana Ermənistan CM-nin 2 maddəsi üzrə ittiham irəli sürülüb. Fevral ayında Gorus məhkəməsinin hakimi Davit Sarkisyan bu cinayət işinin tezləşdirilmiş şəkildə istintaqını başa vurub. Cəmi bir məhkəmə iclası təyin edən hakim, elə həmin gün, 2019-cu il fevralın 19-da hökm haqqında qərar verib. Verilən hökmlə 4 il müddətinə azadlıdan məhrum edilən Fahradyana qarşı hərbi hissə komandirinin verdiyi xasiyyətnamə və xidmətləri nəzərə alınaraq, cəzanın sınaq müddəti ilə şərti çəkilməsinə dair yekun qərar qəbul edilib.

Qeyd olunur ki, “cəsarətli” mayor cəmi bir neçə ay sakit dura bilib. Məhkəmə tərəfindən təyin edilən sınaq müddətini pozmaqla yenidən cari il ərzində əsgər döyüb. Bildirilir ki, motoatıcı taborun Qərargah rəisi, komandir müavini, mayor Artur Fahradyana qarşı tabeliyindəki hərbi qulluqçu, əsgər B.Hovhanisyanı döyməklə bədən xəsarətləri yetirdiyinə görə növbəti ittiham irəli sürülüb. İş üzrə bir məhkəmə iclasının keçirildiyi qeyd edilir. İkinci məhkəmə iclası avqustun 28-də təyin edilib. Yenə məhkəmə onu təcrid etməyib. Komandir Armen Qyozalyan isə sağ əli olan Fahradyanı əsgərlərlə iş sahəsindən uzaqlaşdırmağa tələsmir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə erməni KİV-lərinin sorğusuna cavab olaraq bildirib ki, əsgərləri döyməsinə görə şərti cəza alan şəxsi çıxarıb-çıxarmamaq barədə Qyozalyan qərar vermir: “Ən azı bu o deməkdir ki, əsgərləri döyüb, qıranlar Müdafiə Nazirliyinin və komandanlığın xüsusi himayəsi altındadırlar və hər hansı səbəblərə görə adları qeyd edilənlər tərəfindən həvəsləndirilirlər”.

Bu gün cinayətkar olan mayor, özünü prokurorluq, məhkəmələr, öz komandiri polkovnik Qyozalyan, Müdafiə naziri Davit Tonoyan tərəfindən tam müdafiə edilən hiss edir. Madagizdəki hərbi hissədə isə cinayət hadisələri davam edir.

“Əsgərlərdən biri şikayət etsə də, heç bir tədbir görülməyib. Nəticədə dedilər ki, səsini kəsin. Bu məqalənin dərc edilməsi mayor Fahradyanın xətrinə dəyib. O, məqalədəki dəyərləndirmələri yersiz sayır. Ermənistan ordusundakı bir zabitlə əlaqəli olduğumuzu xatırladır və zabitə təvazökarlıq və hörmət göstərməyə çağırır. Məhkəmədə əsgərləri döydüyünü və üzərlərindən addımlayaraq hərəkət etdiyini etiraf etməsinə baxmayaraq, “heç kimi döyməmişəm, qayğıkeş və sevilən komandirəm, siz isə yersiz və əsassız ittiham edənsiz”, deyə Fahradyan bildirib.

Bu məqalənin dərc edilməsindən sonra Madagizdəki hərbi hissədə narahatlıq başlayıb. Dərc edilən məqalənin həqiqətə uyğun olmadığını, cinayət zolağının varlığı barədə məlumatın yalan olmasını sübut etməyə çalışırlar. Jurnalistlərin həmin hərbi hissəyə dəvət edildiyi, hazırda hərbi hissədə əsaslı təmizlik aparıldığı ifadə edilir. Məlumata görə, jurnalistlərə heç bir şey deməməyə, agızlarını bağlı saxlamağa dair əsgərlər təlimatlandırılıb”, - deyə erməni KİV-lərindən biri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qarabağ   Zorakılıq  

Madagizdəki erməni zabitin vəhşilikləri qalmaqala səbəb olub – DETALLAR

2019/08/67742-1565341053.jpg
Oxunub: 1434     20:56     09 Avqust 2019    