Kiber müharibə dövlətlərarası münaqişələrin əsas vasitəsi kimi - II Yazı

2019/08/Soldi-1565111508.jpg
Oxunub: 1877     16:23     07 Avqust 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Bu gün öncəki zamanlardan daha çox, ölkələr kiber təhdidlərə və faktorlara məruz qalır. İnternetin nüfuzunun artması və həyati infrastrukturun (enerji, elektron poçt, fövqəladə hal sistemləri, kəşfiyyat şəbəkələri, hərbi kommunikasiya, silahlar və s.) kiberməkandan asılılığı informasiya müharibəsini gələcəkdə dövlətlərarası münaqişələr üçün əsas vasitə halına gətirəcək.

Bəzi dövlətlər kiber hücum qabiliyyətlərindən daha çox faydalanır. Bu ABŞ-ın inkişaf etmiş hərbi qüvvələrinə bərabər olan kinetik müharibə (ənənəvi silahlarla) qabiliyyətinə malik olmayan Çin üçün keçərli haldır. Hər halda, kiber müharibə bu asimmetrik münasibətlərə qarşı sağlam bir balanslaşdırıcı amildir.

Güclü bir kiber müharibə qabiliyyətinin inkişafı nüvə imkanı kimi ənənəvi silahlarla nibətdə daha az iqtisadi, insan və geosiyasi qaynaqları sərf edir. Artan sayda mütəxəssislər nüvə potensialı və kiber döyüş potensialını müqayisə etməyə başlayır. Əlbəttə ki, nüvə qabiliyyəti hərbi gücün maksimum ifadəsidir.

Bu günə qədər dövlətlər, nüvə silahları kimi kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün sıx bir dialoqa davam edir. Lakin yeni nəsil silahlar da buna bənzər yanaşmanı ortaya qoyur.

Kiber silahların yayılmasına nəzarət etmək çətindir. Halbuki oxşar zərərli kodlar potensial olaraq nüvə bombasını öz təsirinə ala bilər. Həyati infrastruktura qarşı bir kiber hücum bir çox insanın həyatını itirməsinə səbəb ola bilər və nüvə bombasının ətraf mühitə yaydığı təsirlə eyni ola bilər. Nüvə stansiyasında “SCADA” sistemlərinə qarşı kiber hücumun baş verdiyini və onun təsirlərini düşünmək olar.

“İnternet təhlükəsizliyinə nəzarət oluna bilməzsə, təsirləri bir nüvə bombasından daha az ola bilməz desək yalan olmaz”, - deyə Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi General Fanq Fenqhui, 2013-ci ilin aprel ayında deyirdi. Eyni ildə ABŞ Dövlət Katibi Con Kerri 2013-cü ilin yanvar ayında kibertəhlükəsizlik məsələsinə toxunurdu: “Mən bunu 21-ci əsrin nüvə silahının ekvivalenti adlandıracağam”.

Digər hərbi liderlər və siyasətçilər əsaslı olaraq müxtəlif nüvə və kiber silah sistemləri arasında oxşarlıq olması barədə fikirlərini ifadə ediblər. ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru Admiral Maykl Rocerz və Milli Kəşfiyyat üzrə Direktor Ceyms Klapper də kiber silahların yaratdığı təhlükənin nüvə silahları ilə müqayisə edilə biləcəyini və ya daha çox olduğunu açıqlamışdılar.

Lakin hazırda bir çox skeptiklər strateji kiber silahların sadəcə olaraq nüvə silahlarının əsas çəkindirici xüsusiyyətlərini özündə əks etdirmədiyini iddia edirlər.

Bir kiber silahın çəkindirici (düşmən tərəfini öz potensialı vasitəsilə qorxudaraq yayındırma) xarakteristikalarına toxunaraq aşağıdakıları təsdiq edə bilərik:

Tamamilə dağıdıcılıq: Bu günə qədər kiber silahlar çox az fiziki olaraq məhvə yol açıb. “Stuxnet” kimi zərərli proqramlar potensial olaraq həyati vacib infrastrukturu dağıda bilər. Nüvə silahının dağıdıcı gücü bir kiber silahın təsiri ilə müqayisə edilə bilər. Kiber silahlar həyatımızı təhdid edə bilər və son dövrlərdə edilən araşdırmalar bu silahların hədəfə ciddi zərər verə biləcəyini göstərir.

Dağıntının dəqiqliyi: Bu, kiber silahlarla bağlı ən zəif cəhətdir. Hədəfinə atılan nüvə bombasının dəqiq olaraq dağıntı yaradacağı bilinir. Bu, kiber silahlara şamil oluna bilməz. Kiber “yüklərin” çatdırılması strateji kiber silahlarının çəkindirici qüvvə olaraq etibarlılığını zəiflədir. Bir kiber silahın təsirləri hücum vektorunun səmərəliliyindən və hədəf alınan sistemlərdə zəifliklərin mövcudluğundan asılıdır. Bu aspekt kiberməkanda çəkindirmə prinsiplərinin tətbiqi mümkünlüyünü xeyli azaldır. ABŞ prezidenti Barak Obama, kiber silah üçün dağıntının əminliyi barədə belə deyib: “Nüvə silahları ilə bağlı, iki yol var. Ya nüvə partlayışı yoxdur, ya da böyük bir partlayış var və bu həqiqi bir problemdir. Amma kiberməkanda hər cür seçim var”.

Ümumi anlayış: Strateji kiber silahların istifadəsini əhatə edən müzakirələr, kiber hücumların artması səbəbindən sürətlə yüksək səviyyəyə çatır. Hökumətlərin strateji kiber silahlarının ümumi anlayışını paylaşması çox vacibdir.

İnformasiya müharibəsinin effektivliyini daha yaxşı başa düşmək üçün, xüsusən daha kiçik ənənəvi silahlı və daha az texnologiyalı hərbisi olan dövlətlər üçün, asimmetrik müharibənin əsaslarını nəzərə almalıyıq. Kiber müharibə qabiliyyətləri xüsusilə zəif tərəf üçün asimmetrik müharibədə mühüm bir üstünlük təşkil edir. Məsələn, KXDR kimi ölkələrin təmsil etdiyi təhlükəni düşünək. Onların kiber qoşunları dünyanın bütün sistemlərini hədəfə almağa davam edir.

Ənənəvi müharibədə oxşar hücumlar hegemon qüvvə tərəfindən kiçik dövlətə qarşı qəti cavab tədbirinə səbəb olardı. Ancaq kiber müharibə kontekstində müxtəlif faktorlar səbəbiylə hadisələr fərqli bir şəkildə gedir.

Asimmetrik konfliktlərdə, təcavüzkarların müdafiəçilər üzərində üstünlüyü var. Hücumlar istənilən zaman başladıla bilər və hücum təhdid aktorunun vəzifəsini yerinə yetirdikdən illər sonra aşkar edilə bilər.

İnformasiya müharibəsi ilə bağlı olan digər bir problem, milli infrastrukturu bir kiber hücuma qarşı müdafiə etmək məsuliyyətidir. Bir çox agentliklər və özəl sektor hadisənin cavab verilməsinə cəlb oluna bilər. Bu təşkilatların kiber hücuma əlaqəli cavabını çətinləşdirən bir vəziyyətdir.

Zəif ölkələr üçün strateji silah kimi kiber müharibə imkanı ən uyğun variantdır. Kompüterlər, rabitə, onlayn şəxsiyyəti gizlətmək bacarığı və anonim şəkildə fəaliyyət göstərmək, “sıfır gün” istismarlarının mövcudluğu hər hansı hücumçunu, həmçinin Rusiya, Çin, ABŞ kimi super gücə malik dövlətlərə belə qarşı, təhlükəli düşmənə çevirə bilər. Bunu bir növ kiber demokratiya da adlandırmaq olar.

(Ardı var)
Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kiber-müharibə   Kibertəhlükəsizlik  

Kiber müharibə dövlətlərarası münaqişələrin əsas vasitəsi kimi - II Yazı

2019/08/Soldi-1565111508.jpg
Oxunub: 1878     16:23     07 Avqust 2019    