BMT: Əfqanıstanda ilin birinci yarısında 1366 dinc sakin öldürülüb

2019/07/2-7-1564036857.jpg
Oxunub: 1435     21:13     30 İyul 2019    
Cari ilin birinci yarısında Əfqanıstanda 1366 dinc sakin ölüb, 2446 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyası məlumat yayıb.

Məlumata görə, bu ilin 1 yanvar – 30 iyun dövrü ərzində ölkədə 3812 ölən və yaralanan dinc sakin olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz azdır. Eyni zamanda son bir ay ərzində dinc əhali arasında ölüm hallarının artdığı qeyd olunur.

Həmin müddət ərzində hökumət qüvvələrinin əməliyyatları nəticəsində 403, beynəlxalq qüvvələrin əməliyyatlarında 314, “Taliban” və başqa qanunsuz təşkilatlara bağlı hərbi birləşmələrin əməliyyatlarında isə 531 mülki sakinin öldürüldüyü diqqətə çatdırılır. O cümlədən 300-dək dinc sakin yaraqlı dəstələrin bilavasitə hücumları nəticəsində qətlə yetirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Ölüm   BMT  


BMT: Əfqanıstanda ilin birinci yarısında 1366 dinc sakin öldürülüb

2019/07/2-7-1564036857.jpg
Oxunub: 1436     21:13     30 İyul 2019    
Cari ilin birinci yarısında Əfqanıstanda 1366 dinc sakin ölüb, 2446 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyası məlumat yayıb.

Məlumata görə, bu ilin 1 yanvar – 30 iyun dövrü ərzində ölkədə 3812 ölən və yaralanan dinc sakin olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz azdır. Eyni zamanda son bir ay ərzində dinc əhali arasında ölüm hallarının artdığı qeyd olunur.

Həmin müddət ərzində hökumət qüvvələrinin əməliyyatları nəticəsində 403, beynəlxalq qüvvələrin əməliyyatlarında 314, “Taliban” və başqa qanunsuz təşkilatlara bağlı hərbi birləşmələrin əməliyyatlarında isə 531 mülki sakinin öldürüldüyü diqqətə çatdırılır. O cümlədən 300-dək dinc sakin yaraqlı dəstələrin bilavasitə hücumları nəticəsində qətlə yetirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Ölüm   BMT  


Bizi "telegram"da izləyin