“Oğlumun mənə baxışlarını görəndə daha da qürurlanıram”

2019/07/c27ec-1563608873.jpg
Oxunub: 1149     17:42     20 İyul 2019    
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, gələcək nəsillərə ötürülməsi ondan da çətin və mürəkkəb prosesdir.

Tarixən dövlətin ərazi bütövlüyünün qorunmasında güclü rəhbərlə yanaşı, güclü ordunun olması vacib amillərdəndir. Ordunun gücü sıralarında xidmət edənlərin ruh yüksəkliyindən, döyüş hazırlığından, qəlbində Vətən, millət sevgisi olan zabit, gizir və əsgərlərindən birbaşa asılıdır. Qəlbində Vətən sevgisi olan hər bir vətəndaş ordusu ilə qürur duyur, onun qüdrəti ilə öyünür.
Təqdirəlayiq haldır ki, son illər ordumuzun qüdrətindən ruhlanan gənclər hərb peşəsinə maraq göstərirlər. Müddətli hərbi xidmətini bitirən hər bir Azərbaycan gənci ömrünü hərbə bağlayır. Çavuş Şahin Hüseynov da Vətəninə sidq ürəkdən bağlı olan gənclərimizdən biridir.

Öyrənirik ki, Şahin artıq üç ildir ordu sıralarında xidmət edir. “Müddətli hərbi xidmətimdən 13 il keçməyinə baxmayaraq, həmin günlər yaddaşımda silinməz izlər qoyub. Əsgərlər arasında səmimi münasibət var idi. İlk gündən komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunduq. 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ordu sıralarına qatılmaq üçün müraciət etdim. Ancaq ordumuzun yetərincə qüvvəsi olduğunu və ehtiyac yaranarsa çağıracaqlarını bildirdilər. Aprel döyüşlərində şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar məni ordu sıralarına səsləyirdi. Sanki illərdir bunu gözləyirdim. Mütəmadi olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün kursların nə vaxt başlayacağını izləyirdim. Nəhayət, həmin an yetişdi və mən müvafiq kursu bitirdikdən sonra arzuma çatdım. İndi kursda mənimsədiklərimi əsgərlərimə aşılayıram”, - deyə çavuş bildirdi.

- Dayım Əlövsət Quliyev Qarabağ döyüşlərinin iştirakçısıdır, - deyə çavuş Şahin Hüseynov söhbətinə davam etdi. - O həmişə ermənilərin törətdikləri vəhşilikdən bəhs edərdi. Aprel döyüşlərində o da mənimlə yanaşı, könüllü şəkildə müraciət edib. Hər dəfə evə gedəndə gedib ona baş çəkirəm. Məni formada görəndə fərəhləndiyini görürəm. Heç vaxt yadımdan çıxmaz, ilk dəfə məni hərbi mundirdə görəndə boynumu qucaqlayaraq, onun yarımçıq qoyduğu döyüşü başa çatdıracağımı arzulayıb. Oğlum Yusifin balaca olmasına baxmayaraq, ondan soruşanda ki, atan harada işləyir?, deyir ki, atam əsgərdi. Oğlumun mənə baxışlarını görəndə daha da qürurlanıram. Nə qədər şərəfli və məsuliyyətli peşənin sahibi olduğumu anlayıram.

Şahinlə söhbətimiz zamanı öyrənirik ki, hərbi hissədə onlar üçün hər cür sosial-məişət şəraiti yaradılıb. Yuxarı rəhbərliyin diqqəti və qayğısı ilə əhatə olunan əsgərlərimizin döyüş ruhu yüksəkdir. Onlar hər an Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə işğalda olan torpaqlarımızı azad etməyə, xalqımıza qələbə sevincini yaşatmağa hazırdırlar. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ-döyüşləri   Aprel-döyüşləri  

“Oğlumun mənə baxışlarını görəndə daha da qürurlanıram”

2019/07/c27ec-1563608873.jpg
Oxunub: 1150     17:42     20 İyul 2019    