DSX silahlanmasında ABŞ istehsalı tüfəng - AR-15 (ARAŞDIRMA)

2019/08/15471-1565510473.jpg
Oxunub: 4011     11:10     17 Avqust 2019    
DSX və digər güc strukturlarımızın istifadəsində olan atıcı silahlardan biri də AR-15 (ArmaLite Rifle) tüfəngləridir.

Tarixi

AR-15 (ArmaLite Rifle) - ABŞ istehsalı olan 5.56×45 mm çaplı yarımavtomatik tüfəngdir. 1963-cü ildən buraxılan silah mülki əhalinin özünümüdafiə, ovçuluq və s. məqsədilə istifadəsi üçün nəzərdə tutulur, polisin isə ştat üzrə standart silahlanmasında yer alır.

"ArmaLite"şirkəti tərəfindən AR-10 tüfəngi bazasında hazırlanan AR-15 ABŞ ordusu üçün perspektivli bir hücum tüfəngi kimi hazırlanırdı. Alüminium ərintilərindən və plastikdən geniş istifadə edilib. 1959-cu ildə maliyyə çətinliyi səbəbindən "ArmaLite" dizayn hüquqlarını "Colt" şirkətinə satdı. 1960-cı illərin əvvəllərində AR-15-in avtomatik versiyası ABŞ Hərbi Hava Qüvvələri tərəfindən M16 indeksi altında silahlanmaya qəbul edildi, daha sonra isə tüfəng Hərbi Dəniz Qüvvələri və ABŞ Ordusu tərəfindən qəbul edildi. O zamandan etibarən orijinal zavod indeksli AR-15 mülki vətəndaşlar və polislər tərəfindən istifadə edildi.

1963-cü ildən sonrakı dövrdə bu ticarət nişanı yalnız özünü yükləyən tüfənglərə aid edildi. AR-15-in versiyaları digər istehsalçılar tərəfindən fərqli ticarət nişanları altında da hazırlandı.

ABŞ-da bu tüfəng satışına icazə verilən ən çox yayılan mülki silahdır. 2016-cı ilə görə, ABŞ-da təxminən 10 milyon AR-15 tüfəngi əhalinin istifadəsindədir. Silah istifadəçilərinin ictimai birliyi "Amerika Birləşmiş Ştatlarının Milli Atıcılıq Assosiasiyası" silahın adının komik bir dekodlaşdırılmasını da təklif edir: AR-15 - "American Rifle "- yəni "Amerikalı Tüfəngi".

Bu tüfənglərin sələfi 60 il əvvəl ABŞ-da hazırlanıb. 1960-cı illərin əvvəllərində ABŞ Müdafiə naziri Robert Maknamaranın rəhbərliyi altında olan Pentaqonun statistikaya diqqət yetirərək, Vyetnam meşələrində istifadəyə uyğun olmayan M14 ordu tüfənginin dəyişməsi üçün verdiyi qərar, atıcı silahlar sahəsində inqilabi dəyişikliyə səbəb oldu.

Müdafiə Nazirliyi ordu araşdırmaları ilə məşğul olan mühəndislərin daha öncə etiraz etdikləri qərar ilə razılaşdılar. Həqiqətən də əvvəlki .308 çaplı ağır M14 artıq həcmə malik idi və Vyetnam üçün uyğun deyildi.

ABŞ yaxın döyüşdə təsirli olan daha kiçik bir kalibrli tüfəngə ehtiyac duyduğunu anladı. Daha kiçik kalibrli (.223) yüngül bir tüfənglə silahlanan əsgər özü ilə daha çox mərmi daşıya bildi. Digər tərəfdən isə silahın geri təpməsi də azaldı və nəticədə atıcının dəqiq atəş açmaq imkanı genişləndi. Bu tüfənglər erqonomik dizaynı və istifadə rahatlığına görə fərqlənir. Silahları hazırlayan “Armalite” şirkəti 1959-cu ildə AR-15 tüfənginə aid bütün hüquqlarını “Colt” şirkətinə satdı.

Bu tüfənglər ilk dəfə M16 adı ilə ABŞ HHQ-yə, sonra isə Quru Qoşunlarında silahlanmaya qəbul edildi. Dolayısı ilə yalnız ABŞ-da 8 milyon mülki istifadəçisi olan AR-15 tüfənginin ordu üçün olan versiyası hamımızın yaxşı tanıdığı M16 tüfəngləridir.

Döyüş əməliyyatlarında tətbiqi

M16 ilk dəfə döyüşdə Britaniya ordusunun xüsusi təyinatlı bölmələri tərəfindən İndoneziya-Malayziya münaqişəsində istifadə olundu. Yeni dəbdə plastik, alüminium detallar və möhürlənən poladdan hazırlanan tüfənglərin 8500 ədəd nümunəsi 1961-ci ildə yoxlanılmaq üçün Vyetnamdakı qoşunlara göndərildi. Silah əsl məşhurluğunu Vyetnam müharibəsində qazandı. M16-dan ABŞ və Cənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.

Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20.000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə, SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə isə “Colt” şirkətindən 104.000 ədəd silahın alınması üçün müqavilə imzalanır.

1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-ın Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.

1968-ci ildə ABŞ-da ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq, “Colt” şirkəti silahların bir sıra yeni variantlarını yaradır.

Variant və modifikasiyaları

M16 - silahın ilk modeli hesab edilir. Silahlanmadan çıxarıldıqdan sonra istehsalçı şirkət istehsalı artıq ordu üçün deyil, vətəndaş və polislər üçün davam etdirdi.

M16A1 - M16-nın inkişaf etdirilmiş variantıdır. Bu avtomat üçün 30 mərmili xəzinə və səs boğucu yaradıldı. 1967-1985-ci illərdə ABŞ ordusunda istifadə olunub.

M16A2 - M16A1 avtomatının nöbəti variantıdır. SS109/M855 gilizinə adaptasiya olunub, yeni silah yüngül plastik xəzinə ilə istifadə olunurdu.

M16A3 - M16A2-nin bir variantıdır. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən indi də istifadə edilir.

M16A4 - M16A2-nin bu variantının fərqi məlum deyil.

M4 - M16A2-nin qısaldılmış variantıdır.

M4A1 - M4-ün fasiləsiz atəş rejimli variantıdır.

Bu silahların yüzlərlə variantı onlarla fərqli çapda istehsal olunur. AR-15 tüfənginin modifikasiyaları arasında “Barrett” REC7, “Bushmaster” MOE və XM15, “Cobb” MCR, CAR-15, “Colt” AR-15A2 HBAR “Sporter”, “Colt” LE6920, “Colt” LE6940, “Colt” M4, “Colt” M4A1, DD M4, DD MK12, DD MK18, FN 15,LR-300, LWRC M6, LWRC IC, LWRC Six8, PWS MK1, RA-4R, RA-15, MM-47, “Ruger” SR-556, SIG 516, SIG716, SIGM400, KAC SR-15, KAC SR-16, KAC SR-30, “Stoner” LMG, SR-47, SMG/”Colt” M635, DPMS .223, XAR “Invicta” və s. saymaqla bitməyən versiyaları mövcuddur.

Üstün texniki xüsusiyyətləri

AR-15-in təkmilləşdirilmiş xüsusiyyətləri və istifadə rahatlığı döyüş effektivliyini əhəmiyyətli dərəcədə artırdı. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, AR-15 tüfəngli 5 nəfərlik bölmə M14 ilə silahlanan 11 nəfərlik bölmə ilə eyni olan döyüş potensialına malikdir. ABŞ istehsalında standart olaraq 5.56×45 mm mərmilərdən atəş açan və 508 mm uzunluğunda lüləyə malik modeldən geniş istifadə edilib. Sifarişə görə, uzunluğu 165 mm, 178 mm, 292 mm, 368 mm, 406 mm, 457 mm və 610 mm olan lüləyə malik tüfənglər istehsal edilirdi, bu səbəbdən də silahın kütləsi 2.27 kq ilə 3.9 kq arasında, atəş tezliyi dəqiqədə 700-950 arasında, atəş məsafəsi isə 400-600 metr diapazonunda dəyişirdi.

Əsas istehsalçıları

Təbii ki, AR-15/M16 tüfənglərin əsas istehsalçısı və istehlakçısı ABŞ-dır, lakin istehsalçı şirkət həm ixrac, həm də daxili bazar üçün tüfəngin dünyanın bir çox ölkələrində istehsal sahəsini yaradıb. Bu ölkələr arasında Almaniya, İtaliya, Çin, Kanada, Türkiyə, İsveçrə, Çexiya, Ukrayna, hətta Rusiya da yer alır. Bu tüfənglərdən güc strukturlarından başqa ovçuluq, əyləncə, idman məqsədilə də istifadə edirlər.

Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda bu tüfəngin müxtəlif adlar altında fərqli versiyaları istehsal edildiyi iddia edilir. Bunun üçün lisenziyaya malik olduğumuz barədə məlumat da yoxdur. Yalnız eyni AR-15 “Aztex” adı ilə Azərbaycan tüfənginin Belarus şirkəti ilə birgə ölkədən kənarda istehsal edildiyi məlumdur. Qeyri-rəsmi məlumatlara görə, silahların adında oxşarlıq olsa da, fəaliyyət prinsipi tam fərqlidir.

IDEF 2017-də MKEK şirkətinin təqdim etdiyi 5.56x45 mm milli piyada tüfəngi iki versiyada hazırlanır: standart 368 mm lülə uzunluğuna malik MPT-55 və qısa lüləli МРТ-55K. Bu silahların da AR-15 tüfəngləri ilə bənzər konstruksiyada istehsal edildiyi ehtimal edilir. Türkiyə xüsusi təyinatlı qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün bu tip tüfənglərdən istifadə edilməsi məqsədilə 20 min tüfəng sifariş verilib.

Qonşu Gürcüstan isə AR-15 tüfəngləri əsasında DELTA-308 snayper tüfəngini hazırlayıb. Georgi Suxiaşvilinin konstruktoru olduğu tüfəng modul prinsipi əsasında hazırlanıb. Taktik istifadə ilə yanaşı, tüfəng idman məqsədləri üçün də istifadə edilə bilər. DELTA-308, həmçinin "Delta Taktikal" kimi tanınır. Silahın aktiv istifadədə olduğu məlumdur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AR-15   DSX  

DSX silahlanmasında ABŞ istehsalı tüfəng - AR-15 (ARAŞDIRMA)

2019/08/15471-1565510473.jpg
Oxunub: 4012     11:10     17 Avqust 2019    