Ordu.az xəbər verir ki, ərəb mətbuatı İsrailin Səudiyyə Ərəbistanına hərbi kontingent və texnika göndərəcəyi barədə məlumat yayıb.
Məlumata görə, İsrail və Səudiyyə Ərəbistanı hərbi müavilə imzalamağa hazırlaşır. İsrail qüvvələri ABŞ-ın Səudiyyə Ərəbistanındakı Sultan ibn Əbdüləziz hava bazasına yerləşdiriləcək.
İsrail bazanın bir hissəsində öz hərbi texnikasını yerləşdirməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az