XİN: Qondarma rejimi heç bir suveren dövlət tanımır

2019/05/40623-1557294725.jpg
Oxunub: 667     23:27     19 İyul 2019    
Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır.

Ordu.az -ın məlumatına görə, bunu Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva qeyd edib: "Hər şeydən öncə onu qeyd etmək istərdim ki, ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və burada yaradılmış qondarma separatçı rejim dünyanın heç bir suveren dövləti, hətta işğalçı Ermənistan tərəfindən belə tanınmır.

O ki, qaldı Avstraliyanın rəsmi mövqeyinə vurğulamaq istərdim ki, Avstraliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bu barədə ölkə rəsmiləri dəfələrlə bəyanatlarında, eləcə də Azərbaycana ünvanlanmış rəsmi məktub və notalarında qeyd ediblər. Avstraliyanın sabiq Xarici İşlər naziri 2015-ci ildə Avstraliyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstklədiyini və Dağlıq Qarabağın işğalına son verilməsinin tərəfdarı olduğunu bəyan etmişdir. 2017-ci ildə Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri ölkəmizə səfəri çərçivəsində Avstraliyanın məlum mövqeyini birmənalı şəkildə ifadə etmişdir. Ən son bu yaxınlarda, cari ilin 29 may tarixində Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqovun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubunda ölkənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi qəti dəstək mövqeyi öz əksini tapmışdır.

Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş nazirinin söylədiklərinə gəldikdə isə, onun fikirlərinin Avstraliya Federal Hökumətinin rəyini əks etdirmədiyini vurğulamaq və ümumiyyətlə, federal hökumətin xarici siyasətinin formlaşdırılmasında ştat rəsmilərinin nə dərəcədə iştirak etdiklərini sual altına almaq istərdim. Yeni Cənubi Uelsin baş nazirinin Ermənistanda etdiyi bəyanatlar açıq şəkildə federal hökumətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və fikrimizcə, bu xüsusda ştat rəsmisinə təmsil etdiyi dövlətin xarici siyasət kursuna uyğun davranması ilə bağlı xəbərdarlıq edilməlidir.

Xatırlatmaq istərdim ki, erməni əsilli ştat rəsmisi hələ 2013-cü ildə bu ölkənin nəqliyyat naziri qismində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycana girişi arzu olunmayan şəxslər siyahısına daxil edilib.

Ümumiyyətlə, Avstraliyadakı erməni lobbi qrupları son zamanlar Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən narahatdırlar və bu münasibətlərin korlanmasına yönəlik addımlar atmağa cəhd edirlər. Lakin vurğulamaq istərdim ki, bu qrupların əsassız fəaliyyəti Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XIN   Dağlıq-Qarabağ  

XİN: Qondarma rejimi heç bir suveren dövlət tanımır

2019/05/40623-1557294725.jpg
Oxunub: 668     23:27     19 İyul 2019    