Müdafiə naziri Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

2019/07/25174-1563458669.jpg
Oxunub: 682     17:51     18 İyul 2019    
İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Müdafiə nazirliyindən Ordu.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Ukrayna arasında hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini qeyd edən Müdafiə naziri bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Ukrayna əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ukrayna   Hərbi-əməkdaşlıq  

Müdafiə naziri Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

2019/07/25174-1563458669.jpg
Oxunub: 683     17:51     18 İyul 2019    