Ermənistan MTX-nin istintaq departamenti rəisinin mülkiyyəti: 100 min dollar, 18 milyon dram

2019/07/16648-1563447087.jpg
Oxunub: 401     20:50     18 İyul 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinin rəisi Artur Ağacanyan 2019-cu il martın 6-da yüksək səviyyəli vəzifəli şəxslərin etika komissiyasına 2018-ci il üzrə bəyannaməsini təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cari ilin əvvəlində Ağacanyanın 16 milyon 500 min dram və 85 min dolları olub. Bu məbləğ ilin sonunda 18 milyon dram və 100 min dollara çatıb.

2018-ci ildə Ağacanyanın 151 milyon 790 min dramı və 59 min 20 dollar həcmində gəliri olduğu qeyd edilib. Bu gəlirlərdən 6 milyon 182 min 888 dram əmək haqqından, 145 milyon 608 min dram və 44 min 20 dollar isə borclardan əldə edilib. 15 min dolları isə Ağacanyan hədiyyə, yaxud yardım şəklində əldə edib. Ağacanyanın 2017-ci ildə təqdim etdiyi bəyannamədə məlum olur ki, onun 1 fərdi evi var və səyyar əmlakı yoxdur.

Ağacanyanın arvadı Armine Yeğiazaryan da 2018-ci il üzrə bəyannaməsini təqdim edib. 2018-ci ildə Yeğiazaryan 18 milyon dram dəyərində olan torpaq sahəsini satıb. O, hədiyyə və ya yardım şəklində 1000 dram həcmində pay alıb. İlin sonunda qeyd edilən vəsait dəyişməz olaraq qalıb.

2018-ci ilin əvvəlində Yeğiazaryanın 11 milyon 700 min dram vəsaiti olsa da, ilin sonunda bu məbləğ 25 milyon drama çatıb. 2018-ci il üzrə Yeğiazaryanın 4 milyon 58 min 749 dram həcmində gəliri olub. Bu gəlirlərdən 1 milyon 500 min dram borcların qaytarılması nəticəsində, 2 milyon 558 min 744 dram həcmində məbləğ isə maaşından formalaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Korrupsiya  

Ermənistan MTX-nin istintaq departamenti rəisinin mülkiyyəti: 100 min dollar, 18 milyon dram

2019/07/16648-1563447087.jpg
Oxunub: 402     20:50     18 İyul 2019    