“Nikol, sən yalançısan, mən zabitlərin sözlərini çatdırıram” - Hovhannisyan

2019/07/345-1563446373.jpg
Oxunub: 687     16:30     18 İyul 2019    
“Polkovnik, polkovnik-leytenant rütbəsində olan ordunun zabitləri, korpus komandirinin müavinləri, alay komandirləri olmuş şəxslər bu gün çörək problemi yaşayırlar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni siyasi xadim Volodya Hovhannisyan mətbuat konfransında çıxışı zamanı deyib.

“Əvvəllər bu əlaqənin öyrənilməsi, sosial məsələlərin araşdırılması üçün sosial qrup vardı, indi bu qrup dağıdılıb və necə qərar qəbul etdikləri məlum deyil. Korrupsiyaya qarşı mübarizə və ədalət prinsiplərinin ortaya çıxarılması cəmiyyətin əsas tələblərindən biri olaraq qalır.

Paşinyan və onun komandasının bu mövzuda davranış tərzi əvvəlki hakimiyyətlə müqayisədə daha da biabırçıdır. Misal olaraq heç bir yerdə bugünədək işləməyən bir şəxsin Ədliyyə naziri təyin edilməsi və onun təmtəraqlı fərdi yaşayış evinin cəmiyyət tərəfindən görülməməsi üçün ata evinə köçməsi faktını göstərə bilərəm. Yeni hakimiyyətə gələn şəxslərin var-dövlət və mülkiyyətlərinin naməlum mənbələrinin açıqlanmasını tələb edirəm”, - deyə erməni siyasi xadim bildirib.

O qeyd edib ki, Paşinyan və onun komandası Ermənistan tarixi üçün bir ləkədir.

“Ordudakı zabitləri ağız dolusu oğru adlandıran Paşinyana demək istəyirəm ki, yeni hakimiyyətə gələnlərin var-dövlətini və illərlə məsul vəzifələr tutmaqla orduda xidmət edənlərin mülkiyyətlərini müqayisə etsin.

Ötən gün bir qrup zabit heyəti ilə görüşdüm və onlar dedi ki, Paşinyanın mətbuat konfransında ordu zabitlərini oğru və siçovul kimi ordunu talan etmələri barədə alçaq bəyanatına görə özlərini təhqir olunmuş hesab edirlər.

Polkovnik, polkovnik-leytenant rütbəsində olan ordunun zabitləri, korpus komandirinin müavinləri, alay komandirləri olmuş şəxslər bu gün çörək problemi yaşayırlar. İndiki hakimiyyətin 27-28 yaşındakı mənsublarının malik olduğu var-dövlətin heç bir qisminə də sahib deyillər. Zabitlərin dediyini Paşinyana ötürməklə bildirmək istəyirəm ki, “Nikol Paşinyan, sən sadəcə yalançısan”. Eyni zamanda öz fikirlərimi də əlavə edərək, Nikol Paşinyanın yalançı olduğunu vurğulayıram”, - deyə Hovannisyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Nikol, sən yalançısan, mən zabitlərin sözlərini çatdırıram” - Hovhannisyan

2019/07/345-1563446373.jpg
Oxunub: 688     16:30     18 İyul 2019    