Ermənistanda toqquşmalara xüsusi təyinatlılar cəlb edildi: Çoxlu sayda yaralı var (VİDEO+FOTOLAR)

2019/07/l-XkU-18761234580.jpg
Oxunub: 2263     11:54     18 İyul 2019    
“Ermənistanda polis və nümayişçilər arasında toqquşmalar nəticəsində İcevan tibb mərkəzinə iki polis yerləşdirilib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri İcevan tibb mərkəzinin cərrahı Hraçya Nersisyan deyib.

“2 vətəndaş, 12 polis olmaqla 14 yaralı qəbul edilib. Yaralılar əsasən, qırıq və yırtıq yaraları ilə müraciət ediblər. İcevan xəstəxanasında 2 polis yerləşirdirilib. Polislərdən 8 nəfər İrəvana, 2 nəfər Noyemberyana təxliyyə edilib. Mülki vətəndaşlar xəstəxanadan xaric edilib və ambulator müalicəni davam etdirəcəklər”, - deyə Nersisyan bildirib.

Tavuş vilayət rəhbəri Hayk Çobanyan “Facebook” səhifəsində birbaşa yayımı zamanı İcevanda baş verən hadisələrdə qanunsuz hərəkətlərə yol verməməyə çalışdıqlarını diqqətə çatdırıb.

Məlumata görə, artıq yolu açmağa nail olublar, 1 km-dən artıq avtomobillərin tıxacı yaranıb. Hadisə yerinə polislərlə bərabər, xüsusi təyinatlılarda cəlb edilib. Nümayişçilərdən bəziləri həbs olunub.

Bildirilir ki, Ermənistanın polis rəisi Valeri Osipyan və polisin digər rəhbər heyəti nümayişçilərlə danışıqlar aparır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Etiraz   Zorakılıq  

Ermənistanda toqquşmalara xüsusi təyinatlılar cəlb edildi: Çoxlu sayda yaralı var (VİDEO+FOTOLAR)

2019/07/l-XkU-18761234580.jpg
Oxunub: 2264     11:54     18 İyul 2019    