FTX əməkdaşları 10 gizli silah emalatxanası aşkar edib

2019/07/heade-1563432308.jpg
Oxunub: 902     12:51     18 İyul 2019    
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları gizli fəaliyyət göstərən 10 silah emalatxanası aşkar ediblər və odlu silah istehsalı ilə qanunsuz məşğul olan şəxslər saxlanılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi məlumat yayıb.

Məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində odlu silahlar hazırlayan və onları Rusiyanın digər subyektlərində satan Kursk vilayətinin sakinlərindən ibarət cinayətkar dəstə ifşa olunub.

Silahların modernləşdirilməsi və patronların istehsalı üzrə gizli fəaliyyət göstərən 10 emalatxana aşkar olunaraq, oradan peşəkar səviyyədə silah buraxan avadanlıqlar müsadirə edilib.

FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi həmin emalatxanalardan 92 ədəd odlu silah, o cümlədən iki ədəd RPK, ZB-30 pulemyotları, “Kalaşnikov” avtomatları və “Makarov” tapançaları, digər silah-sursat götürüldüyünü bildirib. Bundan başqa, 400 ədəd silahın əsas hissələri, 4,4 min patron da müsadirə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: FTX   Rusiya  

FTX əməkdaşları 10 gizli silah emalatxanası aşkar edib

2019/07/heade-1563432308.jpg
Oxunub: 903     12:51     18 İyul 2019    