MSN-in istehsal etdiyi SİLENCER-lərin təyinatı və texniki xüsusiyyətləri - EKSPERT

2019/10/65656-1570866024.jpg
Oxunub: 2369     11:31     17 Oktyabr 2019    
Tam olaraq ümumi adı "Səssiz atəş cihazları" (SAC) olan səsboğucular dünyanın əksər ordularının xüsusi təyinatlı, kəşfiyyat-diversiya və qoşun kəşfiyyat bölmələrinin şəxsi heyəti tərəfindən istifadə edilir. Keçən əsrin 60-cı illərindən istismar edilən SAC çoxmərhələli inkişaf dövrü keçsə də, ümumilikdə bu günə qədər orijinal konstruksiyasını qoruya bilib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin SAC-a olan tələbatını ödəmək üçün MSN-in tərkibində olan müəssisələrin birində 7.62x39 mm SİLENCER markası adı altında bu məhsulların istehsalının təşkil edildiyi ehtimal edilir.

Təyinatı

Atəşin səs səviyyəsini azaltmaq üçün nəzərdə tutulan 7.62x39 mm SİLENCER eyni zamanda mərmini müşayiət edən digər mənfi faktorların, məsələn atəş zamanı lülədən çıxan güllənin yaratdığı alovun azaldılması ilə bərabər istifadə edildiyi silahın atəş dəqiqliyi və güllə sürətinin qorunub saxlanılmasını da təmin edir. 7.62x39 mm SİLENCER ilə atəş həm tək, həm də avtomatik rejimdə aparılır.

Yaranma səbəbləri

Belə bir səsboğucuların yaranmasına səbəb piyada bölmələrinin döyüş fəaliyyətlərinin taktikasının dəyişməsi olub. Belə bir cihazların yaradılmasına aid texniki tapşırıqda səbəb kimi gündüz və gecə şəraitində düşmən arxasındakı bölmələrin kəşfiyyatda və ya pusquda müvəffəqiyyətli döyüş fəaliyyətlərinin təmin edilməsi göstərilirdi. Sonradan bu cihazlar üçün yaradılan 7.62x39 mm mərmilər bu gün də istifadə edilir.

Konstruksiyası

SİLENCER- in konstruksiyası onun sökülüb- yığılmasını və texniki xidmətini asanlaşdıran, iki şarnirli yarımslindrin birləşməsindən əmələ gələn tam metal silindr formasındadır. Hər bir yarımslindrinin daxili boşluğunda bərkidilən 12 ədəd polad aypara formalı arakəsmə mövcuddur. Birinci arakəsmə digərlərindən daha qalındır və o, obturatorun dayağı rolunu oynayır.

Silahın korpusu susdurucu başlığına arakəsmənin çöl tərəfindəki yivli birləşmə ilə birləşdirilir. Səsboğucunun korpusdan öz-özünə açılmasını önləmək üçün ayparalardan sonuncusu elastik yaylı qoruyucu ilə təmin edilir. Obturatorlar isə şaxtaya qarşı davamlı rezin və kauçuk qarışığından hazırlanır.

Fəaliyyət prinsipi

7.62x39 mm SİLENCER-dən atəş açarkən lülə kanalından çıxan güllə obturatoru dəlib keçir. Gülləni buraxdıqdan sonra rezin material sıxılaraq, barıt qazlarının cihazın korpusuna keçməsini əngəlləyir. Az miqdarda qazın güllənin ardınca keçməsi mümkündür, lakin onlar cihazın korpusunun divarlarındakı bölmələrin arakəsmələrinə rast gələrək genişlənir, sürətini itirir və səs yarada bilmir.

Obturatorun əngəllədiyi qazların enerjisi, yenidən silahın mərmi ilə doldurulmasına sərf edilir.

Texniki xüsusiyyətləri

MSN-in zavodlarından birində istehsal edilən 7.62x39 mm SİLENCER, xüsusi təyinatlı, kəşfiyyat-diversiya və qoşun kəşfiyyat bölmələrinin şəxsi heyəti tərəfindən istifadə edilərkən atəşin səs və alov səviyyəsini azaltmaq üçün nəzərdə tutulur. SİLENCER, 7.62x39 çaplı səsdən aşağı sürətli mərmilərin vasitəsilə 400 metr məsafədə hədəfləri məhv etməyə imkan verir. Səs səviyyəsi 114 desibeldən yüksək deyil. Resursu 15000 dəfə atəş açmağa imkan verən SAC-ın uzunluğu 205 mm, diametri 53 mm, çəkisi isə 700 qramdır. Obturatorun resursu isə 150 atəş üçün yetərlidir. SİLENCER istifadə edildiyi silahın atəş dəqiqliyi, güllə sürətinin qorunub-saxlanılmasını təmin edir və gecə görmə cihazları ilə tandemdə çalışa bilir.

Həm səsə qədər, həm də səsdən sürətli mərmilərdən istifadə edilə bilər. Lakin birincilər daha məqsədəuyğun hesab edilir. Buna səbəb isə səsdən sürətli güllələrin lüləni tərk etdikdən sonra səs sürəti həddini keçdiyi zaman əmələ gətirdiyi zərbə dalğasının trayektoriyada qarşısının alınması mümkün olmayan əlavə səs əmələ gətirməsidir.

Azərbaycan istehsalı olan SİLENCER-i çox vaxt Rusiyanın PBS sinifindən olan səsboğucular ilə qarışdırırlar. Xatırladım ki, bunlar həm ölçülərinə görə, həm imkanlarına görə fərqlənirlər. Tək uzunluğundakı və ya çəkisindəki fərq 25%-dən çoxdur.

Azərbaycan istehsalı olan SİLENCER-in imkanlarına nisbətən PBS-4 uyğun gələ bilərdi, lakin onun 5.45 mm mərmilərdən istifadə üçün nəzərdə tutulması bu variantı da istisna edir.

SİLENCER dəstinə daxildir:

- atəş və alov səviyyəsini azaldan cihaz;
- pasport və istifadəçi təlimatı;
- cihazın örtüyü və mühafizə qutusu.

İstifadəsi və texniki qulluq

SİLENCER-dən ətraf mühitin -50 °С-dən +50 °С-yə qədər temperaturunda, istənilən hava şəraitində- dumanda, çiskində, tozda istifadə etmək mümkündür. 70%-dən artıq rütubət SİLENCER-in istifadəsinə nisbi təsir edə bilər. Standart qablaşdırmasında 10 il saxlanıla bilər.

SAC ümumiyyətlə minimum təmir tələb edir. Onun texniki xidməti silah təmizləmə yağı ilə həyata keçirilir. Təmizləmə dövrü 5000 atəşdən bir həyata keçirilir. Həcminin 7%-i maye ilə dolsa belə qurğu öz funksiyalarını yerinə yetirir.

Təhlükəsizlik tədbirləri

- SİLENCER-in dolu və nasaz silaha quraşdırılması qadağandır;
- yivli birləşmənin zədələnməsi və daxili kanalın çirklənməsi yolverilməzdir;
- uzun müddət istifadədən sonra SİLENCER-i silahdan ayırmaq üçün əlcək və dəstə daxil olan örtükdən istifadə edilməlidir.

Nə qədər mükəmməl səsboğucu və ya digər texniki vasitələrdən istifadə edilsə də, avtomatik silahların doldurulması zamanı bütün səsləri azaltmaq hələ ki, mümkün olmur. Güllənin səsini və alovunu gizlətməyi bacaran silah istehsalçıları, hər güllədən sonra avtomatik silahların çaxmaq çərçivəsinin əmələ gətirdiyi səsləri azaltmaqda acizdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səsboğucular   MSN   SİLENCER  

MSN-in istehsal etdiyi SİLENCER-lərin təyinatı və texniki xüsusiyyətləri - EKSPERT

2019/10/65656-1570866024.jpg
Oxunub: 2370     11:31     17 Oktyabr 2019    