Türkiyə XİN ABŞ-ın bu addımını yanlış qərar adlandırıb

2019/07/xin-t-1563429740.jpg
Oxunub: 457     11:04     18 İyul 2019    
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a müraciət edərək, ölkənin beşinci nəsil F-35 döyüş təyyarələrinin istehsalı proqramından təcrid olunması qərarının ləğvinə çağırıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Vaşinqtonun bu addımı “yanlış qərar”dır və bu problemin həllinə dürüst yanaşmaq lazımdır.

“Bu birtərəfli qərar alyansın ruhuna ziddir və heç bir qanuni əsası yoxdur. ABŞ bizim NATO ilə birgə işçi qrupu yaratmaq təklifimizə cavab verməyib, bu onu göstərir ki, ABŞ bu problemin həllinə dürüst yanaşa bilmir. Rəsmi Vaşinqtona strateji əməkdaşlığımıza xələl gətirən bu problemi həll etməyi təklif edirik”, - deyə açıqlamada bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə-XİN   ABŞ   F-35  

Türkiyə XİN ABŞ-ın bu addımını yanlış qərar adlandırıb

2019/07/xin-t-1563429740.jpg
Oxunub: 458     11:04     18 İyul 2019    