Türkiyənin F-35 proqramından tam kənarlaşdırılacağı vaxt bəlli olub - DETALLAR

2019/06/20190-1561613944.jpg
Oxunub: 960     09:37     18 İyul 2019    
“Türkiyənin F-35 proqramında iştirakı 2020-ci ilin martında tamamən dayandırılacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Müdafiə nazirinin müavini Ellen Lord deyib.

Onun sözlərinə görə, ABŞ bunu 2020-ci ilin mart ayında dayanadıracaq və Türkiyənin maliyyə itkiləri 9 milyard dollar təşkil edəcək.

"ABŞ 2018-ci ildən təxminən 900 komplekt hissənin tədarükünü həyata keçirəcək alternativ ölkənin axtarışı ilə məşğul olub, buna görə də Türkiyənin proqramdan kənarlaşdırılması onun icrasına minimal təsir göstərəcək. Buna qədər həmin 900 hissənin çatdırılmasını Türkiyə öz öhdəliyinə götürüb.

Türkiyə, təəssüf ki, iş yerləri və bəzi iqtisadi imkanlar itirəcək. Bu ölkə F-35 proqramı üzrə kooperasiya proqramı çərçivəsində yönəldilmiş vəsaitdən 9 milyard dollar əskik alacaq. Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi", - deyə Lord bildirib.

O qeyd edib ki, F-35 proqramı üzrə təlim almış bütün türk pilotları, həmçinin təlimatçılar, hansılar ki, hazırda ABŞ-dadır, ölkəni tərk etməli olacaqlar.

"F-35-lərin alınması və proqramın reallaşdırılması üzrə ABŞ-ın Müdafiə Nazirliyi bölməsində işləyən 20 türk hərbi qulluqçu daha öz iş yerlərinə giriş əldə edə bilməyəcəklər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin F-35 proqramından xaric edilməsi bu ölkənin Rusiyadan S-400 ZRK almasına rəsmi Vaşinqtonun göstərdiyi reaksiyadır. Bundan sonra ABŞ-da proqram üzrə təlimlər keçən türk pilotlar da ölkəni tərk etməli olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-400   F-35   ABŞ   Türkiyə  

Türkiyənin F-35 proqramından tam kənarlaşdırılacağı vaxt bəlli olub - DETALLAR

2019/06/20190-1561613944.jpg
Oxunub: 961     09:37     18 İyul 2019    