Göygöldə mülki traktorumuz snayper atəşinə məruz qalıb - Müdafiə Nazirliyi (FOTO)

2019/06/9eb31-1561394807.jpg
Oxunub: 1491     18:18     17 İyul 2019    
"Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır".

Müdafiə Nazirliyindən Ordu.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır.

"Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, son günlər Ermənistan yerli özünüidarəetmə orqanları, KİV-ləri və müdafiə nazirliyi səviyyəsində heç bir fakta söykənməyən dezinformasiya xarakterli məlumatlar yayır. Məqsəd düşünülmüş, saxta informasiya vasitəsilə sərhəddə və cəmiyyət daxilində psixoloji gərginlik yaratmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Təxribat   Snayper  

Göygöldə mülki traktorumuz snayper atəşinə məruz qalıb - Müdafiə Nazirliyi (FOTO)

2019/06/9eb31-1561394807.jpg
Oxunub: 1492     18:18     17 İyul 2019    