Ermənistanda həkim Ədliyyə nazirini ifşa etdi: “O, orduda xidmət etməyib” (FAKTLAR)

2019/07/66616-9380193534.jpg
Oxunub: 1215     20:12     17 İyul 2019    
Ermənistanda “Yerkir Tsirani” partiyasının və İrəvan ağsaqqallar şurasının sabiq üzvü, “Sağlam Cəmiyyət” ictimai təşkilatının sədri, həkim neyrocərrah Marina Xaçatryan məktubla Müdafiə naziri Davit Tonoyan, hərbi polis rəisi Artur Bağdasaryan və Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyana müraciət edib.

Ordu.az xəbər verir ki, Xaçatryan müraciət məktubunu “Facebook” səhifəsində də yerləşdirib.

O, sosial şəbəkədə yayılan məlumatlara əsasən Ermənistan Ədliyyə naziri Rustam Badasyanın orduda xidmət etməməsi məqamına toxunub. Onun hərbi xidmətdən azad edilməsinə səbəb kimi onurğa sütunun 30 dərəcə skolioz olması göstərilir. Bu 3-cü dərəcəli skolioz hesab olunur.

Bildirilir ki, bu xəstəliyə diaqnoz fərdin şəxsən müayinəsi və onurğasının radioloji müayinəsi vasitəsilə təyin edilir. İxtisas göstəricilərinə əsasən 3-cü dərəcəli skolioz olduğu halda fərdin bir çiyni daim digərindən hündür olur. Ümumi duruşu isə yana əyilmiş halda olur.

Lakin Badasyanın sosial şəbəkələrdə mövcud şəkillərini nəzərdən keçirərkən belə bir nəticəyə gəlmək olar ki, Badasyanın bədən quruluşu düzdür, çiyinləri isə eyni hündürlükdədir.

Skoliozun müalicəsi növləri konsertvativ və cərrahiyə yolu ilə mümkündür. Rustam Badasyan müalicəvi fiziki hazırlıqla deyil, fəal idman növləri ilə məşğuldur.

Badasyanın atası Vladimir Badasyan həmin illər ərzində Ermənistan polisinin 6-cı şöbə rəisinin müavini olub. Badasyanın arvadının atası polis general-mayoru Vardan Yeğiazaryan uzun müddət Ermənistan polisinin rəis müavini kimi fəaliyyət göstərib.

Yuxarıda qeyd edilənləri nəzərə alan Marina Xaçatryan hesab edir ki, Ermənistan Ədliyyə naziri Rustam Badasyanın məcburi hərbi xidmətdən azad edilməsi özündə korrupsiya risklərini ehtiva edir.

O tələb edir ki, ixtisaslaşdırılmış komissiya yaradılsın və bu komissiyanın tərkibində mütəxəssis olaraq, neyrocərrah həkim kimi cəlb edilsin. Xaçatryan, komissiya üzvlərinə Badasyanın hərbi xidmətdən azad edilməsinə əsas verən mövcud sənədlərin yoxlanılmasını və onun sağlamlıq vəziyyətinin müayinə olunmasının tapşırılmasını tələb edir.

Xaçatryan nazirliyin təkzib məlumatına cavab olaraq bildirib ki, Müdafiə nazirinə, MTX direktoruna, hərbi polis rəisinə tibbi baxımdan əsaslı şübhələr olan sənədlər təqdim edib. O, Badasyanın 30 dərəcə əyriliklə müşahidə olunan skolioz məsələsinə aydınlıq gətirilməsini istədiyini bildirib.

Sağlam cəmiyyət ictimai təşkilatının sədri qeyd edir ki, Badasyan məhz bu əsasla ordudan azad edilib. Erməni həkim Badasyanın atasının Ermənistanın korrupsiyalaşmış polis orqanı sıralarında polis hüquq idarəsinin rəis müavini - 6-cı idarənin rəis müavini olmaqla yüksək vəzifə tutduğunu qeyd edir.

Xaçatryan məktubda qaldırdığı məsələni iddia etməkdə davam etdiyini və məktubun əsl sahiblərindən cavab gözlədiyini qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanda həkim Ədliyyə nazirini ifşa etdi: “O, orduda xidmət etməyib” (FAKTLAR)

2019/07/66616-9380193534.jpg
Oxunub: 1216     20:12     17 İyul 2019    