Ermənistan yeni AES-in tikintisilə bağlı Rusiya ilə danışıqlar aparır

2019/07/12277-1563363622.jpg
Oxunub: 667     15:39     17 İyul 2019    
“Ermənistan hökuməti atom enerjisindən imtina etmək yox, yeni atom stansiyasının tikintisilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.

Onun sözlərinə görə, Ermənistanın enerji sistemi 3 əsas sütun üzərində yəni atom enerjisi, istilik enerjisi və hidroenerji üzərində qurulub.

“Hər 3 sahə demək olar ki, eyni həcmdə enerji tədarük edir. Bu mənada Ermənistan atom enerjisindən imtina etməyə hazırlaşmır. Ermənistan tərəfi artıq Metsamor atom stansiyasının bağlanılmasından sonra yeni atom stansiyasının tikintisi imkanlarını nəzərdən keçirir. Erməni tərəfi artıq bu perspektivi rus həmkarları ilə müzakirə edir”, - deyə Avinyan bildirib.

Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.

2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib.

Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyətini hələ də davam etdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Metsamor   Rusiya  

Ermənistan yeni AES-in tikintisilə bağlı Rusiya ilə danışıqlar aparır

2019/07/12277-1563363622.jpg
Oxunub: 668     15:39     17 İyul 2019    