“Əminəm ki, Ordumuz işğal altında olan tarixi torpaqlarımızı azad edəcək” – ÖN XƏTDƏN

2019/07/345-1563358773.jpg
Oxunub: 440     14:18     18 İyul 2019    
Zamanın çox sınağından keçmiş Azərbaycan Əsgəri günü-gündən güclənib inkişaf edən Azərbaycan ordusu ilə birgə böyüyür, güclənir, inkişaf edir. Hər birinin cəmi bir amalı var: Düşmən tapdağında olan Azərbaycanın tarixi torpaqlarını azad etmək uğrunda canından və qanından keçmək...

Əlbəttə siravi vətəndaş kimi hər bir əli silahlı Azərbaycan əsgəri də o günün çox da uzaqda olmadığına qəlbən inanır və böyük qələbə gününü səbirsizliklə gözləyir. Bu inanca səbəb olan bir çox amillər var ki, onlardan da ən başlıcası Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular üçün yaradılmış şəraitdir.

Gördüyünüz kadrları ən ön cəbhədə xidmət aparan bölmələrimizin birində lentə almışam. Özü də cəbhə istiqamətində. Çoxları üçün ön cəbhə deyiləndə başqa şeylər təsvir edilsə də burada yaradılan şərait ilk dəfə görənləri təəccübləndirməyə bilməz.

Hərbi qulluqçu Mustafazadə Elgün bizi burada yaradılan şəraitlə tanış etməklə yanaşı bölmələrdə xidmət aparan şəxsi heyətin mənəvi-psixolji vəziyyətindən də söhbət açdı.

“Burada xidmət edən zabit kimi öncə onu vurğulamaq istəyirəm ki, ön cəbhədə hərbi qulluqçuların məişət şəraiti yüksək şəkildə təmin olunub. Baxmayaraq ki, bölmələrimiz ön xəttə yerləşir burada olan şərait arxa cəbhədə yerləşən bölmələrdən heç də geridə qalmır. İstər yataqxana olsun, istər yeməkxana istərsə də sanitar qovşaqlar. Hər şey ən müasir standartlara uyğundur. Məhz bu səbəbdən şəxsi heyətin döyüş ruhu yüksək səviyyədədir. Ön xəttə əldə silah döyüş növbəsi çəkən hər bir əsgər düşmənin istənilən təxribatının qarşısını alır və hər an almağa hazırdır...” – deyə zabit Elgün Mustafazadə bildirib.

Söhbət düşməndən və təxribatdan düşmüşkən. Hərbi qulluqçu işğalçı tərəflə Azərbaycan Ordusunu müqayisə edərək fikrini bu sözlərlə ifadə edir:

“Əlbəttə ki, düşməni müasir müşahidə vasitələri ilə daima nəzarətdə saxlayırıq. Onu qeyd etmək istərdim ki, ilk öncə təminatları yox vəziyyətindədir. Adətən, qarşı tərəf ilk müharibə illərindən qalmış hərbi texnikalardan istifadə edir. Yemək və digər təminatları gecikmələrlə təmin edilir. Bu müşahidələr onu göstərir ki, düşmən ordusunda nizam-intizamsızlıq hökm sürür və bu hal günü-gündən artmaqdadır”.

Həmsöhbətimiz yaradılan şəraitə görə yüksək komandalığa öz minnətdarlığını bildirir. O əsgərin xidmət və məişət şəraitinin günü-gündən daha da yaxşılaşdırılmasını ordunun yetişdirdiyi peşəkar zabitlərlərlə əlaqələndirir:

“Artıq Azərbaycan Ordusu regionun ən müasir və güclü ordusudur. Biz bunu orduya olan dövlət qayğısına və orduda xidmət edən peşəkar komandanlara borcluyuq.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cəbhə   Ordu  

“Əminəm ki, Ordumuz işğal altında olan tarixi torpaqlarımızı azad edəcək” – ÖN XƏTDƏN

2019/07/345-1563358773.jpg
Oxunub: 441     14:18     18 İyul 2019    