KTMT-nin sabiq Baş katibinin oğlu yeni məhkəmə iddiası qaldırıb

2019/07/Untit-1563350039.jpg
Oxunub: 1352     15:50     17 İyul 2019    
Yuri Xaçaturovun oğlu Surik Xaçatryan və onun arvadına qarşı məhkəmə iddiası qaldırıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov “D.İ.A.R.-P.S.” MMC-nin timsalında Sünik vilayətinin sabiq rəhbəri “Liska” ləqəbi ilə tanınan Surik Xaçatryan və onun arvadı Lureta Barseğyana qarşı təkrar məhkəmə iddiası qaldırıb.

İddiaçı cavabdeh tərəfin özbaşına tikilini dağıtdığına və tutduğu ərazinin əvvəlki vəziyyətinə qaytarılmasına mane olmamağı tələb edir. Bildirilir ki, iddia məhkəməyə 2018-ci ilin oktyabr ayında təqdim edilsə də, texniki maneələr ortaya çıxıb.

Xaçaturovun nümayəndəsi Qurqen Malkasyan 2019-cu il iyulun 11-də yeni iddia təqdim edib. Məhkəmə iddiasına İrəvan məhkəməsində baxılır.

Malkasyanın sözlərinə görə, əlavə ekspertizaya zərurət və texniki səbəblər baxımından müəyyən müddətdən sonra iddia yenidən təqdim edilib.

Xaçatryan və Barseğyanın Xaçaturova məxsus torpaq sahəsini ələ keçirdiklərinə dair verilən suala cavabında Malkasyan bildirib ki, şifahi razılaşma olsa da, bu razılaşma Xaçaturovun atası ilə əldə edilib.

“Hüquqi baxımdan bu qeyri-normal təzahürdür və atanın hüquqi cəhətdən övladının əmlakının taleyini həll etmək ixtiyarı yoxdur”, - deyə vəkil əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xaçaturov   Məhkəmə  

KTMT-nin sabiq Baş katibinin oğlu yeni məhkəmə iddiası qaldırıb

2019/07/Untit-1563350039.jpg
Oxunub: 1353     15:50     17 İyul 2019    