Erməni hüquq müdafiəçisi: “Müdafiə Nazirliyi yezidi hərbi qulluqçunu öldürmək istəyir”

2019/07/345-1563349452.jpg
Oxunub: 563     11:50     17 İyul 2019    
“Müdafiə Nazirliyi xəstə yezidi hərbi qulluqçu Yurik Broyana qarşı cəza tədbirlərini davam etdirir”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Janna Aleksanyan “Facebook” səhifəsində yazıb.

“Hərbi qulluqçunu qanunsuz olaraq, hərbi polisə aparıblar. Yurik Broyan ötən gün psixatriya xəstəxanasından xaric edilib. Onun əlindən həkimin təyin etdiyi dərmanlar alınıb və dərmanların qəbul edilməsi qadağan olunub. Onun anasının dediklərinə görə, Broyanın vəziyyəti ağır və gərgindir.

Müdafiə Nazirliyinin mətbuat katibinin yayımladığı bir yazıda təklif olunur ki, zehni geri qalma təzahürləri üzrə bütün xəstəlikləri hərbi xidmətə yararsız hesab etsinlər. Lakin bugünədək eyni xəstəlikdən əziyyət çəkən hərbi qulluqçu Broyanı sevə-sevə əziyyətə məruz qoyurlar”, - deyə Aleksanyan bildirib.

Qeyd edək ki, Ermənistan hərbi polisi iyulun 15-də yaydığı bəyanatda bildirib ki, yezidi hərbi qulluqçu müalicə edildikdən sonra hərbi hissəyə qayıtmayıb və naməlum istiqamətə gedib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yezidilər   İşgəncə  

Erməni hüquq müdafiəçisi: “Müdafiə Nazirliyi yezidi hərbi qulluqçunu öldürmək istəyir”

2019/07/345-1563349452.jpg
Oxunub: 564     11:50     17 İyul 2019    