Sabiq erməni hərbi qulluqçu: "Madagiz cinayətini gizlətmiş dövlət rəsmiləri də cəzalandırılmalıdır"

2019/07/00-65-1563186105.jpg
Oxunub: 748     10:40     16 İyul 2019    
"Madagiz cinayət işinin yenidən açılması çərçivəsində cinayət işini gizlətmiş dövlət rəsmiləri də məsuliyyətə cəlb olunmalıdırlar".

Ordu.az xəbər verir ki, bu barədə "Lragir.am" saytına açıqlamasında Madagiz cinayət işi üzrə öncə azadlıqdan məhrum edilmiş, sonra bəraət almış və hazırda hüquq müdafiəçisi olan Arayik Zalyan danışıb.

Onun sözlərinə görə, işin yenidən açılmasından xəbərdar olsalar da, işin hansı əsasla açılması və hazırda hansı istintaqın həyata keçirilməsi barədə məlumatsızdırlar.

"Avropa İnsan Hüquqları Məhkəməsi işgəncə ilə bağlı qərar qəbul edəndə mən Vcrabek məhkəməsinə müraciət etdim, əvvəlcə həbs qərarı çıxarıldı və iş Xüsusi İstintaq Xidmətinə göndərildi. Yəni, AİHM qərar qəbul etmişdi. Faktiki olaraq işgəncə ilə bağlı iş açılmışdı, lakin iş demək olar ki, dayandırıldı", - deyə o qeyd edib.

Zalyan, işin açılmasının lap əvvəlindən istintaqın tamamilə başqa istiqamətdə həyata keçirilməsi üçün kifayət qədər faktların olduğunu diqqətə çatdırıb: "Bu faktlarla hakimiyyət rəsmilərinə və səlahiyyətlilərə qarşı ittiham irəli sürmək olardı".

Xatırladaq ki, Madagiz işi bir neçə gün bundan əvvəl yenidən açılıb və istintaq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinə etimad edilib. Madagiz hadisəsi 2003-cü ildə baş verib. Həmin vaxt hərbi qulluqçular Arayik Zalyan, Musa Serobyan və Razmik Sarkisyan xidmət yoldaşları Roman Yeğiazaryan və Hovsep Mkrtumyanın ölümündə günahlandırılıb. Hadisəyə görə, ittiham edilmiş Arayik Zalyan, Razmik Sarkisyan və Musa Seobyan əvvəlcə 15 il müddətinə azadlıqdan məhrum edilib, bundan sonra 2006-cı ildə onların cəzası sərtləşdirilərək ömürlük həbs cəzası verilib. Bir müddət sonra istintaq işi yenidən başladılıb və onların üçü də 2012-ci ildə azadlığa buraxılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Sabiq erməni hərbi qulluqçu: "Madagiz cinayətini gizlətmiş dövlət rəsmiləri də cəzalandırılmalıdır"

2019/07/00-65-1563186105.jpg
Oxunub: 749     10:40     16 İyul 2019    