"Qarabağ danışıqları masasında hər hansı ABŞ təklifi yoxdur" - EKSPERTLƏR

2019/07/41020-1563193365.jpg
Oxunub: 793     14:49     15 İyul 2019    
"İndiki dövrdə həmsədr ölkə olaraq, ABŞ o qədər də aktiv deyil. Bu onunla izah olunur ki, ABŞ-ın dövlət katibi nə Azərbaycan, nə də Ermənistan Xarici İşlər nazirləri ilə hələ də görüş keçirməyib. Lakin Fransa və Rusiya Xarici İşlər nazirləri, münaqişə tərəflərinin Xarici İşlər nazirləri ilə görüşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan ABŞ Konqresində qəbul edilən təxribatçı qətnamənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Amerikanın təşəbbüsü ilə əlaqədar olduğunu şərh edərkən bildirib.

O qeyd edib ki, Konqresin nümayəndələr palatasında qəbul edilən bu iki qətnamənin nə Ermənistanın xarici siyasəti, nə də diplomatik səyləri ilə heç bir əlaqəsi yoxdur.

"Bu istisnasız olaraq, erməni lobbisinin fəaliyyətinin nəticəsidir və bu fəaliyyət istər indiki, istərsə də keçmiş konqresdə davamlı xarakter daşıyır", - deyə Sarkisyan vurğulayıb.

Öz növbəsində rusiyalı politoloq Stanislav Tarasov qeyd edib ki, ABŞ guya İrəvan və Bakı tərəfindən oyun kartlarının manipulyasiya edilməsinə uymadan öz qərarını verib.

Lakin o da iddia edir ki, nizamlanma prosesində ABŞ-ın hər hansı bir təşəbbüsü yoxdur və digər həmsədrlərdən ayrı fəaliyyət göstərmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Ermənistan  

"Qarabağ danışıqları masasında hər hansı ABŞ təklifi yoxdur" - EKSPERTLƏR

2019/07/41020-1563193365.jpg
Oxunub: 794     14:49     15 İyul 2019    