Paşinyanın xəyalları puç olur: Tuskla faydasız danışıqlar, İrandan isə rədd cavabı

2019/07/50dde-1562928196.jpg
Oxunub: 1290     15:51     12 İyul 2019    
“İran tərəfi bu yolla Ermənistanın yeni hakimiyyətinə ölkəsini “B planı” kimi nəzərdən keçirməməyə və İranı yalnız Aİ ilə münasibətlərin iflasa uğramasından sonra xatırlamamağa dair xəbərdarlıq edir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifə görə, Paşinyan Tuskla görüşdən sonra İran prezidenti Həsən Ruhaniyə zəng edib.

“Ötən gün Aİ Şurasının sədri Donald Tusk Ermənistanda səfərdə olub. Sanki onun Ermənistan hakimiyyəti ilə apardığı danışıqlar bir o qədər uğurlu və səmərəli olmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan Aİ Şurasının sədri Donald Tuskun səfərindən dərhal sonra İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə telefon əlaqəsi saxlayıb.

Aİ Şurasının sədrinin səfərindən dərhal sonra əks cəbhəni təmsil edən ölkənin rəhbəri ilə əlaqə yaradılması qeyri-qənabəxş danışıqların götəricisidir.

Ermənistan hökuməti tərəfindən yayılan bəyanatda qeyd edilir ki, tərəflər ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə ediblər. Son zamanlar Tehranda baş tutan hökumətlərarsı komissiyanın iclasının əhəmiyyəti vurğulanıb və əldə edilən razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Tərəflərin, həmçinin İran-Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlığın inkişafı perespetivləri, həmçinin bölgədə baş verən hadisələrin inkişaf prosesi ətrafında da fikir mübadiləsi apardıqları bildirilir”, - deyə müəllif bildirib.

Müəllif qeyd edir ki, Ruhaninin rədd cavabı Paşinyanın çəkisinin olmadığına dəlalət edir.

“Ermənistan tərəfinin açıqladığı bu bəyanatın əsl mahiyyətini anlamaq üçün İran tərəfinin açıqlaması ilə də tanış olmağa zərurət var. İran prezident administrasiyasının telefon əlaqəsi barədə yaydığı bəyanatında, bir sıra məsələlərin müzakirəsindən sonra Paşinyanın İran prezidentini oktyabrın 1-də İrəvanda baş tutacaq AİƏT Ali İqtisadi Şurasının iclasında iştirak etmək üçün 2 dəfə dəvət etdiyi qeyd olunur.

Buna cavab olaraq Ruhani diqqətə çatdırıb ki, əgər uyğun vaxtı olarsa tədbirdə iştirak edəcək. Ruhanin bu cavabı diplomatik dildə imtina olaraq qiymətləndirilir. Həmin bəyanatda o da vurğulanır ki, Paşinyanın İran prezidentini ikinci dəfə dəvət etməsi cavabsız qalıb.

Ermənistan Baş naziri administrasiyasının yaydığı bəyanatdan fərqli olaraq, Ruhaninin administrasiyasının yayımladığı bəyanat oktyabrın 1-də İrəvanda keçiriləcək tədbirdə Ruhanini görməyə dair Paşinyanın iddiasını daha açıq şəkildə göstərib.

Sanki İran tərəfi bu yolla Ermənistanın yeni hakimiyyətinə ölkəsini “B planı” kimi nəzərdən keçirməməyə və İranı yalnız Aİ ilə münasibətlərin iflasa uğramasından sonra xatırlamamağa dair xəbərdarlıq edir. İran tərəfi Avropa məmurlarının iradəsindən asılı olmayan şəffaf münasibətlərə üstünlük verir. Bu anadək isə İran qondarma xarakterli münasibətləri inkar edir”, - deyə müəllif İran tərəfinin son zamanlar Ermənistanı dalana dirədiyinə işarə edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İran     Böhran  

Paşinyanın xəyalları puç olur: Tuskla faydasız danışıqlar, İrandan isə rədd cavabı

2019/07/50dde-1562928196.jpg
Oxunub: 1291     15:51     12 İyul 2019    