Hörmüz boğazında yeni qarşıdurmanın fəlakətli nəticələri ola bilər

2019/07/Hormu-1562911899.jpg
Oxunub: 614     12:20     12 İyul 2019    
“Baş katib bütün tərəfləri dəfələrlə boğazda eskalasiyadan qaçmağa çağırıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Böyük Britaniyaya məxsus tankerin İran gəmiləri tərəfindən saxlanılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, regionda istənilən yeni qarşıdurma fəlakətə səbəb olacaq və buna görə də mümkün qədər ehtiyyatlı olmaq lazımdır.

“Biz bu insidentlə bağlı hər iki tərəfin bəyanatları ilə tanışıq. Bildiyiniz kimi, Baş katib bütün tərəfləri dəfələrlə boğazda eskalasiyadan qaçmağa çağırıb. O, açıq şəkildə bəyan edib ki, regionda istənilən yeni qarşıdurma fəlakətə səbəb olacaq”.

O əlavə edib ki, BMT körfəzdə bütün ölkələrin gəmilərinin azad keçidinin təmin edilməsini dəstəkləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Hörmüz-boğazı  

Hörmüz boğazında yeni qarşıdurmanın fəlakətli nəticələri ola bilər

2019/07/Hormu-1562911899.jpg
Oxunub: 615     12:20     12 İyul 2019    