Azərbaycan HHQ-nin aviaparkı İtaliya və Pakistan qırıcıları ilə əvəz ediləcək - HƏRBİ EKSPERT (II YAZI)

2019/10/567-1570448207.jpg
Oxunub: 3313     10:22     08 Oktyabr 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Azərbaycanın aviasiya parkının yenilənməsində əldə etdiyi vasitələrdən biri də Pakistanın "Super Mushshak" təyyarələridir. MFI-395 "Super Mushshak" 1981-ci ildən Kamra şəhərində yerləşən istehsal müəssisəsində İsveçin "Saab" şirkətinin MFI-17 "Supporter" təlim təyyarəsinin MFI-17 "Mushshak" adı ilə istehsal olunan təyyarəsinin təkmilləşdirilən versiyasıdır. "Pakistan Aeronautical Complex" (PAC) tərəfindən verilən lisenziya əsasında 1995-ci ildən etibarən "Mushshak" təyyarəsinin təkmilləşdirilən MFI-395 "Super Mushshak" versiyasının seriya istehsalı hazırda da Kamra şəhərində həyata keçirilir.

İnkişaf etməkdə olan müsəlman ölkələri arasında kifayət qədər populyar olan "Super Mushshak" təyyarəsinin 10-cu xarici müştərisi Azərbaycan oldu. Bu təyyarədən Pakistan (300 ədəd), Azərbaycan (10 ədəd), Türkiyə (52 ədəd Türkiyədə yığılmaq şərtilə), İran (25 ədəd), İraq (45 ədəd), Səudiyyə Ərəbistanı (20 ədəd), Nigeriya (10 ədəd), Oman (8 ədəd) əldə edib. Qətər və Suriya Hərbi Hava qüvvələrindən başqa, Pakistan və Şimali Afrika onlardan mülki məqsədlər üçün də istifadə edir.

10 ədəd MFI-395 "Super Mushshak" təyyarəsinin alqı-satqısına dair müqavilə, 2017-ci ilin iyul ayının 27-də İslmabadda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ilə "Pakistan Aeronautical Complex" konserninin rəhbəri, aviasiya marşalı Ərşad Malik tərəfindən imzalanıb.

Müqavilə, həmçinin Azərbaycan Hərbi Hava Qüvvələrinə texniki yardım və dəstəyi də nəzərdə tutur. İlk 5 ədəd təyyarə 2018-ci ilin noyabr ayında, digərləri isə 2019-cu ilin əvvəlində Azərbaycana təhvil verilib. Əlavə olaraq, birinci partiya ilə təyyarələrin məşq trenajorları da pilotların istifadəsinə təqdim edilib. Təlimatçıların Pakistanda hazırlandığı ehtimal edilsə də, sonradan İslamabaddan mühəndis-texniki və pilot heyətin Azərbaycana gəldiyi və bu təyyarənin mənimsənilməsində yaxından kömək etdiyi məlum oldu. Hazırda ordumuzun mühəndis-texniki heyəti təyyarənin bütün taktiki-uçuş xüsusiyyətlərini mənimsəyib. Artıq "Super Mushshak"ın istismarı üçün yerli pilotlar arasında bacarıqlı təlimatçılar da yetişib.

"Super Mushshak" təlim təyyarəsinin taktiki-texniki və uçuş xüsusiyyətləri

Ümumi xüsusiyyətləri:

Ekipaj: 2-3 nəfər (müəllim, təlimatçı və öyrənən pilot)
Uzunluğu: 7.15 m
Qanad uzunluğu: 8.85 m
Hündürlüyü: 2.60 m
Qanad sahəsi: 11.9 kv.m
Boş çəki: 760 kq
Maksimum qalxma ağırlığı: 1250 kq
Güc təminatçısı: 1 ədəd "Textron Lycoming" IO-540 V4A5 6 silindrli mühərrik, 260 a.g
Pərləri: 1 ədəd "McCauley" və ya "Hartzell"
Uçuş göstəriciləri
Maksimum sürət: 268 km/s
Uçuş məsafəsi: 814 km
Enmə sürəti: 96 km/s
Havada qalma müddəti: 4 saat 15 dəqiqə
Uçuş tavanı: 6700 m
Dırmanma sürəti: 8.6 m/s

"Super Mushshak" xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. "Super Mushshak" əsas versiyadan fərqli olaraq, ABŞ-ın "Lycoming" şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir.

Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.

Təyyarənin avionika və idarəetmə sistemləri mürəkkəb deyil. Bunun sayəsində gənc pilotlar təyyarəni öyrənməkdə və istismarını qısa müddətdə mənimsəyə bilir. Öz sinfində olan digər təyyarələrlə müqayisədə "Super Mushshak"ın pilotaj imkanları daha yüksəkdir. İlkin təlimlər zamanı ən çətin mənimsənilən uçuş mərhələlərindən olan təyyarənin havaya qalxması və aerodroma enməsi prosesi "Super Mushshak"ın köməyi ilə kifayət qədər sadələşir. Təlimatçılar üçün bu təyyarənin üstün keyfiyyətlərindən biri də oturacaqların yanaşı olmasıdır. Bunun nəticəsində təlimatçı gənc pilotun fəaliyyətini daha rahat müşahidə edə bilir və buraxdığı nöqsanlara vaxtında müdaxilə etmək imkanı qazanır. Uçuşlar daha aşağı sürətlə yerinə yetirilir ki, bu da öyrənən heyətdə səmtləşmənin aparılmasını, uçuş zonalarının öyrənilməsini, diqqətin paylanmasını rahatlaşdırır və uçuş vərdişlərinin daha da yaxşı inkişafına zəmin yaradır.

2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, aviasiya hissələrinin pilotları və Ali Hərbi Məktəbin kursantları, peşəkarlıq səviyyələrinin artırılması məqsədilə "Super Mushshak" təyyarələrində təlim-məşq uçuşları həyata keçirirlər.

Təlimlərdə iki və dörd təyyarədən ibarət dəstə tərkibində uçuş vəzifələrinin yerinə yetirilməsi də müşahidə olunub.

JF-17

Azərbaycan HHQ-si Pakistandan əldə etdiyi aviasiya vasitələrinin siyahısını "Super Mushshak" təlim vasitələri ilə məhdudlaşdırmaq niyyətində deyil. Bu təlim vasitələrindən sonra Hərbi Hava Qüvvələrimizin JF-17 "Thunder" Block II döyüş təyyarələrini əldə edəcəyi barədə məlimatlar artıq bir neçə ildir ki, səngimir. Alqı-satqıya dair müqavilənin 2019-cu il ərzində imzalayacağı gözlənilsə də, bu barədə hələlik rəsmi məlumatlar verilmir. Müqavilənin imzalanmasının ləngidilməsini Azərbaycanın daha yeni "Block III" versiyasını əldə etmək niyyəti ilə əsaslandırmaq mümkündür.

Azərbaycan HHQ-nin JF-17 "Thunder" qırıcılarına üstünlük verməsi təsadüfi addım deyil. Rəsmi olaraq, hansı versiyaya üstünlük veriləcəyi açıqlanmasa da, fikrimcə "Block III" versiyasının seçilməsi daha məqsədəuyğundur. Çünki bu model ən azından 4++ nəsil təyyarələrin texniki uçuş xüsusiyyətlərinə malik versiyasının ən son, deməli üstün konfiqurasiyasıdır. Onun seriya istehsalına bu ilin ikinci yarısında başlanacağı gözlənilir. Nəzərə alsaq ki, əlimizdə olan qırıcı və HHM vasitələri bir-iki il də hava məkanımızı qorumağa qadirdir, o zaman ən son versiyanı əldə etmək daha məqsədəuyğun ola bilər. Çünki silahın aşkar üstün gücünü anlayan düşmən artıq ona qarşı döyüşmədən belə acı nəticəni öncədən daha aydın şəkildə proqnozlaşdıra bilir.

2019-cu ilin fevralın 27-də Pakistan HHQ-yə məxsus iki qırıcının ölkə sərhədlərini pozan Hindistana məxsus Rusiya istehsalı qırıcıları məhv etməsi, bir daha Sovet aviasiyasının dominant mövqelərini itirdiyini isbat etdi. Təyyarələrdən birinin Azad Kəşmir ərazisinə, digərinin isə ümumi nəzarət məntəqəsi rayonuna düşdüyü rəsmi olaraq təsdiqləndi. Pakistanın mənbələri Hindistan Hərbi Hava Qüvvələrinin 51-ci eskadrilyasından iki ədəd MiQ-21bis UPG (Bison) qırıcısının Pakistan HHQ-nin 16-cı eskadrilyasının iki ədəd (Hindistan qaynaqlarına görə üç ədəd) JF-17 "Thunder"in ilk versiyası olan "Block I" tərəfindən məhv edildiyini bildirdi.

Hindistan tərəfi atəşin AIM 120 AMRAAM raketindən açıldığını göstərən kadrlar nümayiş etdirərək, ABŞ-ın F-16 qırıcısına məğlub olduğunu təsdiqləməyə çalışsa da, JF-17-nin bu raketlərlə havalandığını göstərən videoçarxlar və pakistanlı qadın nazirin pilotun bu raketlə yüklü qırıcı yanında fotosunu paylaşması sübut etdi ki, Hindistan sadəcə Pakistan istehsalı təyyarənin uğurlarını həzm edə bilmədiyi üçün qələbəni ABŞ qırıcısına tərəf "yönləndirməyə" çalışıb.

İstənilən halda JF-17-nin, həm də ən sadə versiyasının ilk dəfə hava döyüşündən qalib ayrılması dünyanın orta seqmentli aviasiya bazarında kartların yenidən paylanmasına səbəb oldu. Çünki bu Pakistan qırıcısının SSRİ/Rusiya qırıcısı ilə həm ilk hava döyüşü, həm də onun üzərində ilk qələbəsi idi. Bu hadisənin digər əhəmiyyətli tərəfi isə indiyə qədər dünya ictimaiyyətinə dünyanın ən güclü aviasiya vasitələri kimi təqdim edilən MiQ və “Su” sinifində olan qırıcıların imkanlarının məhdud olması, JF-17 ilə mübarizə aparmağa qadir olmadıqlarını sübut etməsindən ibarət oldu.

Daha əvvəl yazılan xüsusiyyətlərin Pakistan qırıcısının ən sadə versiyası olan "Block I" tərəfindən ilk real hava döyüşündə təsdiqlənməsi, Azərbaycan HHQ-si üçün JF-17 "Thunder" seçiminin doğru olmasına aid mövcud olan şübhələri tamamilə aradan qaldırdı. Başqa heç bir fakta diqqət yetirmədən, yalnız bu hadisəni Rusiya aviasiya məhsullarından imtina etməyə yetərli hesab etmək lazımdır.

JF-17 qırıcısının ilk versiyasının döyüşdə istifadəsindən cəmi iki həftə keçdikdən sonra, 2019-cu ilin martında PAC "Block III" versiyasının təkmilləşdirilməsi və istehsalı ilə bağlı çalışmalara başladı. JF-17 "Block III" versiyasının F-16 qırıcıları ilə inteqrasiyası və birgə fəaliyyəti də mümkün olacaq.

Müasir JF-17 qırıcıları isə yeni KJ300G radioelektron mübarizə kompleksinə sahib olacaq. Məlumdur ki, konteyner versiyasında hazırlanan bu kompleks qırıcı ailəsinin radioelektron avadanlıqlarının tərkibinə daxildir. Artıq bəzi mütəxəssislər JF-17 "Thunder" Block III versiyasının növbəti nəslə aid olacağı ilə bağlı ehtimallar səsləndirməyə başlayıblar. Bu ehtimalları Pakistanın bir çox sahədə, o cümlədən aviasiya sahəsində yaxından əməkdaşlıq etdiyi Çinin artıq 5-ci nəsil qırıcılara malik olması faktoru da gücləndirir. Məntiqlə düşünsək, 4+ və 4++ sinifində iki qırıcının ardından üçüncünün hazırlanması və 12 il əvvəlki uğurun təkrarlanması üçün bu qədər fəaliyyətə ehtiyac qalmazdı. Pakistanın mövcud tələbatının bu gün ödənildiyini və potensial rəqibi Hindistanın 5-ci nəsil qırıcı istehsalını öz ərazisində yaratmaq istəyini nəzərə alsaq, o zaman İslamabadın 4-cü nəsil üçün illərlə vaxt sərf etməsi yalnız zaman itkisi kimi dəyərləndirilə bilərdi. Buna görə də JF-17 qırıcısının "Block III" versiyasının məhz 5-ci nəsilə aid olacağı ehtimalı böyükdür.

Ən pis variantda Azərbaycanın JF-17 qırıcılarının "Block II" versiyası əldə edəcəyini düşünək. Potensial rəqibimizin Su-30 qırıcısının 4+ nəsilinə aid olduğu iddia edilsə də, bu təyyarələr müasir rəqibləri ilə müqayisədə çox zəif stels göstəricilərlə xarakterizə olunur, eyni zamanda birbaşa görüntü sahəsindən kənarda aparılan hava döyüşündə real qələbə şansına malik olmur. Bu qırıcının iki mühərrikə sahib olması isə böyük infraqırmızı termal siqnatura yaradır, bu isə təyyarənin idarəolunan raketlərə qarşı daha həssas olmasına münbit şərait yaradır. Nəticədə "Su" pilotlarının hədəf halına gəldiklərini dərk etmədən qırıcı ilə birlikdə məhv edilmə təhlükələri daha da artır.

"Block III" versiyası isə daha mükəmməl infraqırmızı axtarış-izləmə sistemini və stels xüsusiyyətlərini özündə birləşdirməklə yanaşı, ən müasir AFAR radarından istifadə edəcək. Yeni AFAR tərəfindən qırıcının pilotuna vəziyyət haqqında məlumatların təqdim edilməsi qırıcının radarlara görünməsini minimuma endirəcək. Qırıcının hələ əvvəlki versiyası NATO istehsalı da daxil olmaqla, demək olar ki, bütün siniflərin müasir idarəolunan raketlərini daşımaq imkanlarını təmin edib. Sonuncunun isə daha üstün avadanlıqlarla ciddi texniki uçuş xüsusiyyətləri əldə edəcəyi şübhəsizdir. Belə bir imkanların əldə edilməsi Pakistan aviasiya sənayesi üçün inqilabi dəyişikliklər də adlandırıla bilər. 150 km məsafədə hədəflərin məhv edilməsinə imkan verən PL-15 raketləri isə Pakistan qırıcısının Rusiya aviasiya vasitələri ilə hava döyüşündə əlçatmaz məsafədən mütləq üstünlük əldə etməsinə imkan verəcək.

Rusiyanın Ermənistana öz krediti hesabına verdiyi Su-30SM uzaq məsafələrdə və uzun müddət fəaliyyət üçün nəzərdə tutulan çoxməqsədli qırıcıdır. Bu qırıcı Rusiya, Qazaxıstan, Avstraliya, Çin və Hindistan kimi geniş əraziləri olan ölkələr üçün qismən uyğun hesab edilə bilər. Ərazi parametrləri çox kiçik olduğu üçün Su-30SM qırıcısı Ermənistanın zəif nöqtəsinə çevriləcək, çünki qırıcının məhdud məkanda kifayət qədər sürət və güc toplaması üçün coğrafi imkanı olmayacaq. Bununla yanaşı, Moskvanın İrəvana verəcəyi SM modifikasiyası MK və MKM versiyalarından daha zəifdir.

JF-17 qırıcıları isə orta məsafələrdə əməliyyatlar aparmaq üçün hazırlanıb və Pakistan Hərbi Hava Qüvvələri tərəfindən 12 ildir uğurla istifadə olunur. JF-17 dağlıq ərazilərdə dəqiq hava zərbələri həyata keçirə bilir. Bu imkanlar dağlıq ərazilərdə terrorçulara qarşı müharibədə artıq Pakistan ordusu tərəfindən dəfələrlə sınaqdan keçirilib.

Su-30SM-in istismar xərcləri JF-17-dən bir neçə dəfə çoxdur. JF-17-dən fərqli olaraq, Su-30SM-də ekipaj iki pilotdan ibarətdir. Yəni eyni vəzifə üçün ən azı iki dəfə çox sayda ekipaj tələb olunur, dolayısı ilə iki dəfə artıq vəsaitlə bir qırıcı idarə olunur. İtkiyə məruz qaldıqda isə iki pilot birdən itirilir. Əlavə pilot hazırlığı, ciddi istismar xərcləri və coğrafi ərazinin ölçüləri Ermənistanın yaxın zamanlarda qarşılaşacağı əsas problemlərdəndir. Su-30SM qırıcılarının təvazökar və utancaq erməni hərbi büdcəsini uzun illər boyu ciddi şəkildə sümürəcəyi də qaçılmaz görünür.

Bu qırıcıların döyüşdə tətbiq olunmasına gəldikdə isə Su-30SM və JF-17 hava döyüşü üçün yaxşı uyğunlaşdırılıb. Lakin hava döyüşü vizual vəziyyətə gələnə qədər həm yerüstü radar, həm də JF-17 radarının daha böyük en kəsiyi sahəsinə malik olduğu üçün Su-30 daha erkən aşkar ediləcək. Bu səbəbdən JF-17 daha əvvəl və uzaq məsafədən raket buraxacaq. JF-17-nin digər bir üstünlüyü eyni anda 15 hava hədəfini izləmək və eyni zamanda 4 hədəfi "ələ keçirmək" bacarığıdır. Bütün bunlar hava döyüşündə nəzərə alınmalı ciddi faktorlardır.

Həm Su-30SM, həm də JF-17 dağlıq ərazidəki döyüş əməliyyatlarında istifadə edilə bilər. Bunun üçün qırıcının RLS-i dağlıq ərazilərdə problem yaradan yerüstü radioelektron müdaxiləni neytrallaşdırmağı bacarmalıdır. JF-17 qırıcılarının, hətta I və II versiyalarında KLJ-7 markalı AFAR tipli radarlardan istifadə edilir və onlar yerdən müdaxiləni dəf edə bilir. Bu təyyarələrdə uçan pilotlar bu radarları F-16-nın APG-68V radarı ilə müqayisə edirlər. Su-30 qırıcılarının bu imkanları isə əvvəlki nəsil təyyarələrdən ciddi fərqlənmir. Ümumiyyətlə "Su"ların avionika paketi və gündüz/gecə hədəf ələ keçirmə imkanları JF ilə müqayisə ediləcək səviyyədə deyil. JF-17-nin müasir dizaynı, ən çox F-16 "Falcon" tipli universal qırıcılarının radioelektron blok sisteminə bənzər bir konstruksiyaya sahib olduğunu xatırladır. Bəlkə də kimsə Pakistan təyyarəsinin F-16-dan kopyalandığını iddia edə bilər. Mənə görə, hətta kopyalanma olsa belə bu çox böyük uğurdur, çünki yarım əsrdən artıq aviasiya vasitələrinin istehsalçısı olan nəhəng dövlətlərin bacarmadığını Pakistan bir neçə il ərzində, həm də yüksək səviyyədə bacarıb.

JF-17 müasir qırıcıların qabaqcıl imkanlarını təmin edən bütün lazımi texniki, əməliyyat və istismar xüsusiyyətlərinə malikdir. Qırıcı 4++ nəslin müasir nümayəndəsi kimi güclü silahlara paralel olaraq ciddi avionika paketini də daşıyır.

Qırıcılarda silahlanmamızda mövcud olan Türkiyənin SOM raketlərinə bənzər iki ədəd qanadlı raketi daşımaq imkanı da Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bunun təsdiqi kimi, JF-17-də quraşdırılan Pakistanın "Raad" qanadlı raketinin sınaqlarını müvəffəqiyyətlə keçirilməsini göstərmək olar. SOM kimi, "Raad" raketi də Azərbaycan üçün əlçatandır və "stels" texnologiyadan istifadə edilərək yaradılıb. Bu isə onun düşmən radarı tərəfindən aşkar edilməsini kifayət qədər çətinləşdirir.

JF-17 havada yanacaq doldurmaq qabiliyyətinə, digər mənbələrdən hədəf göstərilməsi ilə vizual görüntü zonasından kənarda yerləşən hədəflərə atəş açmaq rejiminə (BVR rejimi - "Beyond Visual Range") AWACS erkən xəbərdarlıq sisteminə və s. sahibdir. İnformasiyaya malik olmayanlar üçün qeyd edim ki, radioaşkarlama və tuşlama aviasiya kompleksi, qırıcıya quraşdırılan elektron kəşfiyyat və idarəetmə sisteminə daxildir, o cümlədən düşmən hədəflərinin (havada, yerdə, suda) aşkarlanması, məhvetmə vasitələrinin onlara tuşlanması və yaxud onların ələ keçirilməsi üçün nəzərdə tutulur.

Azərbaycanın seçdiyi aviasiya vasitələri "Su" ailəsinin qırıcıları ilə müqayisədə istehsal edildiyi gündən bəri bir dəfə də olsun qəza keçirməyən azsaylı aviasiya vasitələrindən biridir. Belə bir göstərici təyyarələrin yüksək keyfiyyətindən xəbər verir. Bu baxımdan yeni aviasiya vasitələrinin alınması üçün rəsmi Bakının İtaliya ilə bərabər Pakistanı da seçməsi heç də təsadüfi hesab edilə bilməz.

Azərbaycan və Pakistan müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığı uzun müddətdir davam etdirir və ölkələrin rəsmi nümayəndələri, o cümlədən yüksək rütbəli hərbçiləri arasında imzalanan çoxsaylı müqavilələr də bunu sübut edir. Heç kim üçün sirr deyil ki, Pakistan Azərbaycana bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə ciddi dəstək göstərir. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın səviyyəsi Azərbaycan və Pakistanın gələcəkdə baş verəcək istənilən münaqişədə bir-birini dəstəkləyəcəyini bir daha təsdiqləyir.

Azərbaycana bütün sahələrdə, xüsusilə Dağlıq Qarabağ məsələsində ciddi dəstək nümayiş etdirən Pakistan ilə aviasiya sahəsində əməkdaşlıq, ölkə əhalisinin bütün təbəqələri tərəfindən də müsbət qarşılanır. JF-17 qırıcılarının real döyüşdə nümayiş etdirdiyi yüksək texniki uçuş və atəş xüsusiyyətləri də Azərbaycanın qırıcı seçimində Rusiya sahillərindən uzaqlaşması istiqamətində atdığı addımların doğru olduğunu bir daha sübut etdi.

Yekunda Pakistandan qırıcı və təlim-məşq təyyarələri əldə edilməsinin Azərbaycana hansı üstünlüklər qazandıra biləcəyinə nəzər salaq.

"Super Mushshak"

1. Pakistandan "Super Mushshak" alınması ilə əlaqədar bağlanan müqavilə Azərbaycan Hərbi Hava Qüvvələrinə texniki yardım və dəstəyi də nəzərdə tutur. Təyyarələrin məşq trenajorlarının ölkəyə gətirilməsi, təlimatçıların Azərbaycan ərazisində hazırlanması təqdirəlayiq amildir.
2. "Super Mushshak"ların xarici asqıda 300 kq yüklə uçması, hərbi aerodomların mövcud olmadığı və əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən quru əraziyə eniş edə bilməsi Azərbaycan HHQ-si üçün vacib olan xüsusiyyətdir.
3. Havada 4 saatdan çox qalmaq imkanı təyyarədən xilasetmə əməliyyatlarında, su, dəniz və quru sərhədlərinin mühafizəsində və hava patrul xidmətinin təşkilində istifadə etməyə şərait yaradır.
4. Təyyarəyə silah və kameraları inteqrasiya etmək imkanı onun fəaliyyət diapazonunu genişləndirə bilər. Müasir və təhlükəsiz olan təyyarə pilotların ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.
5 Oturacaqların yanaşı olması təlimatçılara gənc pilotun fəaliyyətini daha rahat müşahidə etməyə və onun nöqsanlarına vaxtında müdaxilə etməyə imkan verir.
6. Uçuşların daha aşağı sürətlə yerinə yetirilməsi gənc pilotlara səmtləşmənin aparılmasına, uçuş zonalarının öyrənilməsinə, diqqətin paylanmasına və uçuş vərdişlərinin daha da yaxşı inkişafına rahat şərait yaradır.

JF-17 qırıcıları

1. Azərbaycan müstəqillik tarixində ilk dəfə həm Rusiyanın modernləşdirilən aviasiya vasitələrindən qurtulmaq imkanı əldə edib.
2. HHQ-miz nəhayət ən zəif versiyası belə potensial düşmən üzərində havada üstünlüyü saxlamağa imkan verən avadanlıqlara malik 4++ və ya 5-ci nəsil müasir JF-17 qırıcıları ilə silahlanmaq imkanı əldə edib.
3. Azərbaycan Müdafiə Sənayesinin istehsalına hazırlaşdığı idarəolunan aviasiya sursatlarının yeni daşıyıcılara inteqrasiyası üçün real şərait yaranıb.
4. Türkiyə, Pakistan və İsrailin istifadəmizdə olan və ya olacaq raket və bombalarının tətbiqi üçün layiqli daşıyıcı silahlanmamızda yer alacaq.
5. İlk dəfə JF-17 ilə pilotlarımız havada digər mənbələrdən hədəf göstərilməsi ilə vizual görüntü zonasından kənarda yerləşən hədəfləri məhv edə biləcək.
6. Azərbaycan aviasiya parkı JF-17 əldə etməklə münasib qiymətə ən az qəza keçirən, aşağı istismar və pilot hazırlığı xərclərinə, lakin yeni AFAR, REM və ciddi avionika dəstinə malik müasir aviasiya vastələrinə sahib olacaq.

Nəticə etibarilə düşmənin kiçik ərazisinə baxmayaraq Su-30SM əldə etməsinə cavab olaraq, həm müasir HHM sistemləri, həm də müasir JF-17 və M-346 FA çoxməqsədli qırıcılarının əldə edilməsi ideal seçimdir. Bununla yanaşı, Azərbaycanın aviasiya sahəsində əməkdaşlıq etdiyi ölkələrlə təyyarələrin texniki xidmətində birgə iştirak etməsi də sektorun inkişafı baxımından çox vacib faktordur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycan HHQ-nin aviaparkı İtaliya və Pakistan qırıcıları ilə əvəz ediləcək - HƏRBİ EKSPERT (II YAZI)

2019/10/567-1570448207.jpg
Oxunub: 3314     10:22     08 Oktyabr 2019    